Cəmiyyət

Xaricdən onlayn sifariş edilən məhsullar niyə gec gəlir? - Komitə sədrindən açıqlama

4 Mart 2021 14:04
Baxış: 1 374
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda əhalinin internet vasitəsilə xarici ölkələrdə fəaliyyət göstərən saytlardan sifariş etdiyi məhsulların çatdırılmasında gecikmələrə aydınlıq gətirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib ki, gecikmələr bağlamaları çatdıran kuryer şirkətləri ilə bağlıdır.

S.Mehdiyev bildirib ki, Dövlət Gömrük Komitəsi daxil olan bağlamaların 85 faizdən çoxunu elə həmin gün şirkətlərin anbarına təhfil verir: "Dövlət Gömrük Komitəsinin yalnız tələbi ondan ibarətdir ki, rüsum ödənilməsi tələb olunan dəyəri 300 dollardan çox olan bağlamalar barədə məlumat verilsin".

Komitə sədri qeyd edib ki, pandemiya ilə əlaqədar olaraq xaricdən gələn bağlamaların sayı xeyli çoxalıb. O bildirib ki, şirkətlər tərəfindən bağlamaların çeşidlənməsində çətinliklər var, az sayda əməkdaşlar bu işi tez zamanda çatdıra bilmir: "Biz şirkətlərə tövsiyələr veririk ki, çeşidləmə üçün lazımi avadanlıqlar alsınlar, iş prosesini sürətləndirsinlər. Yəni bağlamaların çatdırılmasında gecikmələr gömrük orqanları ilə bağlı deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.