Cəmiyyət

Bakıda quzu ilə gəzinti səs-küy yaratdı - Bəs ağızlıqsız it gəzdirənlərə nə deməli? - VİDEO

4 Mart 2021 12:06
Baxış: 906

Bakıda quzuya uşaq bezi taxaraq şəhərin mərkəzi küçələrində gəzdiriblər.

Bu zaman onları polis əməkdaşları saxlayıb. Hadisə şahidlərinin sözlərinə görə, həmin gənclər polis bölməsinə dəvət olunublar.

Vətəndaşın bu qeyri-adi hərəkəti başqa bir vətəndaş tərəfindən lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb. Görüntü sürətlə yayılaraq insanlar arasında marağa səbəb olub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, quzu ilə gəzintiyə çıxan Orucəli Məmmədov olub.

Orucəli Məmmədov deyir ki, onun bu addımı heç kim üçün təhlükəli deyil və üstəlik o, qanun pozuntusuna da yol verməyib.

O, dekabr ayından evində saxladığı quzunun bu qədər mübahisələrə səbəb olacağını düşünməyib. Fevral ayının 14-də ilk dəfə gəzintiyə çıxdığını qeyd edən Orucəli Məmmədov heç bir xəbərdarlıq almadığı üçün dünən axşam da bu hərəkətini təkrarlayıb.

Onun bu hərəkətinə paytaxt sakinlərinin də münasibəti birmənalı olmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin şəxsə izah olunub ki, xüsusi karantin rejimi dövründə insanların sıx toplaşmalarına səbəb olan hərəkətlər yolverilməzdir.

Şəhər mərkəzində quzu gəzdirməklə bağlı xəbərin yayılması, əslində, daha ciddi bir məsələni aktuallaşdırır: insanların sıx olduqları yerlərdə ağızlıqsız it gəzdirmək. Halbuki, böyük itlərin şəhər mərkəzində ağızlıqsız gəzdirilməsi faciəvi nəticələrə gətirib çıxara bilər. Elə bizim çəkiliş zamanı qarşılaşdığımız bu hadisə kimi...

Hər nə qədər itlərini gəzintiyə çıxaran vətəndaşlar ətrafa saçdıqları təhlükədən xəbərdar olsalar da, deyəsən, ictimai təhlükəsizlik qaydalarına əməl etmək istəmirlər. Xüsusən böyük itləri olanlar...

Heyvanları sevmək və onlara qayğı göstərmək insanlıq borcudur. Ancaq unutmaq lazım deyil ki, heyvanlara olan sevgimiz insanların təhlükəsizliklərini riskə atmamalıdır...

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.