Pandemiya və müharibənin iqtisadi təsirləri: Azərbaycan yüksəlib, Ermənistan isə çöküb - STATİSTİKA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Koronavirus pandemiyası ilə yanaşı, 2-ci Qarabağ müharibəsi Ermənistanda iqtisadi böhrana gətirib çıxardı. Azərbaycan isə eyni təhdidlərlə üz-üzə qalmasına rəğmən, vəziyyətdən üzüağ çıxmağı bacardı. Belə ki, pandemiya və müharibəyə baxmayaraq, turizm sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində artım qeydə alınıb. İxrac gösəriciləri və dünya ölkələri ilə ticarət dövriyyəsi artıb.
2020-ci ildə Azərbaycan iqtisadiyyatı şoklara qarşı adekvat reaksiyası ilə bütün çağırışlara cavab verdi. "Gallup International"ın son sorğularının nəticəsinə əsasən dünyada iqtisadi nikbinlik indeksinə görə Azərbaycan ilk üçlükdə qərarlaşıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyilə Ordumuzun qələbəsi özgüvəni və inamı artırıb ki, bu da iqtisadi inkişafımıza əlavə töhfə verəcək.
2020-ci ildə "fiskal fəza"dan istifadə etməklə dövlət büdcəsində 2,3 milyard manatlıq maliyyə təminatının yaradılması və Mərkəzi Bank tərəfindən ünvanlı likvidlik dəstəyinin göstərilməsi bütövlükdə pandemiya ilə mübarizədə öz sözünü dedi.
Dünya Bankının proqnozlarına görə, 2021-ci ildə Azərbaycanda Ümumi Daxili Məhsul artımı 1,9 faiz təşkil edəcək, 2022-ci ildə isə iqtisadi artım 4,5 faizə qədər sürətlənəcək.
Ermənistan barədə isə bütün bunların tam əksini söyləmək mümkündür. Çünki iqtisadiyyatın heç bir sahəsində artımdan söhbət belə getmir, əksinə ümumi daxili məhsuldan tutmuş, ixraca qədər hər istiqamətdə azalma qeydə alınıb.
Ermənistanın statistika idarəsinin açıqladığı məlumatlara görə, 2020-ci ildə bu ölkənin xarici ticarət dövriyyəsi 7,1 milyard dollar təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,2% (2019-cu ildə - 8,2 milyard dollar) azdır. Eləcə də Ermənistanın Aİİ üzv ölkələri ilə xarici ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6% azalaraq 2,2 milyard dollar təşkil edib, o cümlədən Rusiya - 2,1 milyard dollar (azalma - 3,5%), Qırğızıstan - 2.0 milyon dollar (azalma - 63.2%).
2020-ci ilin yanvar-dekabr aylarında Ermənistandan ixrac 2,5 milyard dollar təşkil edib, bu göstərici əvvəlki ilin eyni dövrünə nisbətən 3,9% (2019-cu ildə 2,6 milyard dollar) azalıb. Ermənistan Respublikasından Aİİ-yə üzv ölkələrə ixrac 705,3 milyon dollar təşkil edib, göstərici əvvəlki ilin eyni dövrünə nisbətən 8,3% azalıb (2019-cu ildə 769,2 milyon dollar), o cümlədən Rusiya - 676,0 milyon dollar (azalma - 9,0) %) və Qırğızıstan - 1, 6 milyon dollar (azalma - 48,7%).
Həmçinin, 2020-ci ilin yanvar-dekabr aylarında Ermənistana idxal mənşə ölkələrinə görə 4,6 milyard dollar təşkil edib, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,7% (2019-cu ildə 5,5 milyard dollar) azalıb.
Rəsmi statistikaya görə, Rusiya Ermənistanın Aİİ üzv ölkələri ilə xarici ticarətində lider mövqeyini qoruyur. Ermənistan əsasən Rusiyaya alkoqol, meyvə, tərəvəz, geyim, balıq, şokolad və s. ixrac edir.
Göründüyü kimi, iqtisadiyyatının çöküş ilini yaşayan Ermənistanın hazırda demək olar ki, yeganə və əsas bazarı Rusiyadır. Mövcud iqtidarın bu ölkə ilə münasibətlərini və regionda baş verən prosesləri də nəzərə alsaq, demək olar ki, 2021-ci ildə Rusiya ilə ticarət əlaqələri daha da zəifləyəcək və Ermənistan həmişə olduğu kimi regiondan təcrid durumunda qalacaq.
Alpər Ziya
DİGƏR XƏBƏRLƏR
-
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
-
Naxçıvandakı pensiyaçılara şad xəbər
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)
-
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
-
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
-
6 milyon manatdan çox ƏDV qaytarılıb
XƏBƏR LENTİ
-
Məşq etmədən əzələ artırmaq mümkün olacaq - Yeni texnologiya
-
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
-
Bağçaya kül səpin: Möcüzə yaradır
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqun və Ucalın (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)





