Cəmiyyət

2 ay komada qalan qazimizdən xəbər var - VİDEO

1 Mart 2021 11:09
Baxış: 1 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

44 günlük vətən müharibəsində Murovdağ istiqamətində ağır xəsarət alaraq 2 ay komada qalan qazimizdən xəbər var. Qazimiz bu yaxınlarda Türkiyəyə müalicəsini davam etdirmək üçün yola salınacaq. 

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, o, İkinci Qarabağ müharibəsində gözünü qırpmadan düşmənə ağır zərbələr vurub. 8 nəfərlə Murovdağ istiqamətində ermənilərə qarşı ağır döyüşlərdə fəal iştirak edib.

Həmin vaxt yoldaşlarından 4 nəfəri şəhid olub. Yanlarına düşən minamyot 22 yaşlı topçu Cahangir Əliyevi ağır yaralayıb.

Bakıda Mərkəzi Hərbi Klinik Hospitalda yerləşdirilib və 2 ay komada qalıb. Aldığı zərbə nəticəsində sol tərəfdən kəllə sümüyü sınıb, barmaqları qopub.

Qazimizin evində olan əməkdaşlarımız hazırda hospitalda müalicəsini davam etdirən Cahangir Əliyevlə videobağlatı yarada bilib.

Qazimizin atası deyir ki, oğlu sentyabrın 27-də hər kəs kimi döyüşə yollanıb. Bir neçə gün Cahangirdən xəbər ala bilmədikdə onlara övladlarının şəhid olduğu xəbəri verilib. Ancaq sonradan ağır yaralandığı məlum olub.

Qeyd edək ki, 22 yaşlı qazi Cahangir Əliyev bu yaxınlarda "Yaşat" fondunun dəstəyi ilə Türkiyədə müalicəsinin davam etdirilməsi üçün yola salınacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.