Sabah Bakıda bu küçə və prospektlər bağlanacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xocalı soyqırımı faciəsinin 29-cu ildönümü ilə əlaqədar sabah paytaxtın bəzi yollarında nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq.
Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, sabah səhər saat 08:00-dan etibarən Xətai rayonu Xocalı prospekti "Ana fəryadı" abidəsi qarşısında keçiriləcək yürüş tədbirinin təhlükəsiz təşkil edilməsi məqsədilə Xocalı prospekti ilə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq:
"Eləcə də paralel olaraq paytaxtın Xocalı prospekti ilə kəsişən və bu prospektə bitişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Buna görə də nəqliyyat vasitələrinin alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Belə ki, sabah "Ana fəryadı" abidəsi istiqamətinə doğru Yusif Səfərov, Nəcəfqulu Rəfiyev, Nobel prospekti və 10-cu Zavod dairəsindən, eləcə də Xocalı prospekti ilə kəsişən bütün küçələrdə hərəkət edən avtomobillərin istiqaməti dəyişdirilir. Sadalanan istiqamətlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılması sabah səhər saat 08:00-dan ən son ziyarətçi çıxana qədər davam edəcək.
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar "Ana fəryadı" abidəsini ziyarət edənlərin təhlükəsizliyini təmin etmək məqsədilə polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar. Ötən illərdən fərqli olaraq insanların hazırda ölkə ərazisində koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimini nəzərə almaları, sosial məsafəni gözləmək və qoruyucu vasitələrdən istifadə etməklə beş nəfərdən ibarət qrup şəklində ziyarət etmələri xahiş olunur.
İzdihamın yaranmaması üçün insanlar Nəcəfqulu Rəfiyev küçəsindən başlayaraq "Ana fəryadı" abidəsini ziyarət etdikdən sonra "Şah İsmayıl Xətai" metrostansiyasının qarşısı ilə Natiq Əliyev küçəsinin kəsişməsi istiqamətində hərəkəti davam etdirmələri tövsiyə olunur".
"Ziyarətçilərdən şəxsi nəqliyyat vasitələrindən deyil, ictimai nəqliyyatdan istifadə etmələri xahiş olunur", - V.Əsədov qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıya leysan yağacaq - Proqnoz verildi
-
Pensiyalar və təqaüdlər bu tarixdə veriləcək
-
Bakıda sürücüləri çaşdıran dəyişiklik: 1 saata 50-dən çox cərimə
-
"Kapital Bank" nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
-
Bu şəxslər 2 min manatadək cərimələnə bilər - Diqqətli olun
-
Kağız sənədlərlə bağlı yeni qərar
XƏBƏR LENTİ
-
Bakıya leysan yağacaq - Proqnoz verildi
-
Pensiyalar və təqaüdlər bu tarixdə veriləcək
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli
-
Bakıda sürücüləri çaşdıran dəyişiklik: 1 saata 50-dən çox cərimə
-
Rusiyada ayılara görə bəzi məktəblər bağlandı
-
"Kapital Bank" nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Bu şəxslər 2 min manatadək cərimələnə bilər - Diqqətli olun
-
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
-
Ararat Mirzoyan Tehrana getdi
-
Kağız sənədlərlə bağlı yeni qərar
-
Bu ilin 9 ayı ərzində Səfərbərlik Xidmətində 144 nəfərlə bağlı materiallar prokurorluğa göndərilib
-
Prezidentin təltif etdiyi Jalə Əliyeva kimdir? - Dosye
-
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - (Video)
-
Ofelya ərinin adını mikrofonuna yazdırdı - (Foto)
-
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
-
Tierri Anri: “Demək olar ki, Arda tək oynayır, yetərli dəstəyin olmaması üzücüdür”
-
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib - (Foto)
-
ABŞ ordusu katerə zərbələr endirdi: Ölənlər var
-
Tramp süni intellektin adını dəyişdi
-
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi
-
Pünhan Piriyevin xanımı ilə diqqət çəkən rəqsi - (Video)
-
Millətlər Liqasında günün oyunları başa çatdı





