Cəmiyyət

Münaqişədən zərər çəkmiş bölgələrdə qiymətləndirimə missiyası həyata keçirilib

23 Fevral 2021 17:15
Baxış: 403
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COVID-19 pandemiyasına qarşı mübarizədə infeksiyaların profilaktikası və nəzarət tədbirlərinə riayət edilməsi sahəsindəki ehtiyacların ödənilməsinin əhəmiyyətini nəzərə alaraq, ÜST-ün Azərbaycan Nümayəndəliyi Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə ölkəmizin münaqişədən zərər çəkmiş bölgələrində müvafiq standartların qiymətləndiriməsi üçün missiya həyata keçirib.

ÜST-ün Azərbaycan Nümayəndəliyindən Milli.Az-a verilən məlumata görə, missiya Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ÜST-ün Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirilən Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü layihəsi çərçivəsində baş tutub.

Missiya zamanı Bərdə, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonunda yerləşən tibb müəssisələrində xəstələrin skrininq və triaj, reanimasiya, doğum, sterilizasiya və cərrahiyə şöbələri, həmçinin tibbi tullantılarının idarə olunmasına dair tədbirlərin qiymətləndirilməsi həyata keçirilib.

Missiya çərçivəsində qeyd edilən rayonlardakı xəstəxanaların direktorları ilə infeksiyaların qarşısının alınması və nəzarət tədbirləri sahəsindəki ehtiyacların qarşılanmasında mümkün dəstək yolları müzakirə edilib və ÜST ekspertləri tərəfindən bu sahədəki standartların yüksəldilməsinə dair məsləhətlər verilib. Bununla yanaşı, 100-dək səhiyyə işçisinə, o cümlədən həkim, epidemioloq, tibb bacısı və digər tibb işçilərinə müzakirələr zamanı müəyyən edilmiş prioritet istiqamətlər üzrə təlim keçilib. Təlim bir neçə sessiya şəklində və mövcud karantin məhdudiyyətləri və infeksiyaların profilaktikası və nəzarət tədbirlərinin tələblərinə uyğun təşkil edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.