Cəmiyyət

"Sulutəpə ərazisində yeni yol qovşağının tikintisi də başa çatmaq üzrədir" - Saleh Məmmədov

22 Fevral 2021 11:58
Baxış: 702
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sulutəpə ərazisində yeni yol qovşağının tikintisi də başa çatmaq üzrədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, Qovşaq 2 yol ötürücüsündən ibarətdir (4 aşırımlı 128 m və 3 aşırımlı 96 m, yol ötürücülərinin eni 9 m-dir). Yol ötürücüləri Biləcəri, Binəqədi həmçinin Şamaxı və qeyd edilən istiqamətdə yerləşən qəsəbələrdən hərəkət edə avtonəqliyyat vasitələrinin dairədə sıxlıq və tıxac yaratmadan paytaxt istiqamətinə və əksinə rahat və maneəsiz hərəkətini təmin edəcək. Bununla da sözügedən dairədə xüsusən günün pik saatlarında müşahidə olunan tıxac və ləngimələr aradan qaldırılmış olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.