Qarabağa ağıllı qayıdış - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azad ərazilərdən 4-cü sənaye inqilabına keçid
Milli.Az Real TV-yə istinadən bildirir ki, işğaldan azad edilmiş ərazilərdə qurulacaq "smart-city", "smart-village", yəni, "ağıllı şəhər", "ağıllı kənd" lər, ilk növbədə, dünyada baş verən qlobal cağırışlara cavab verəcək.
Qarabağ regionu texnoloji investisiyalar üçün maraq mərkəzinə çevriləcək, həm də digər regionlarımızda ağıllı şəhər-kənd texnologiyalarının tətbiqi üçün təcrübə rolunu oynayacaq.
Müasir dünyada ağıllı şəhərlərin yaradılması 4-cü sənaye inqilabına keçidi də müəyyən edir.
Post-konflikt ərazilərində ən vacib məsələlərdən biri - ictimai təhlükəsizliyi artırmaq üçün "ağıllı-şəhər" həllərindən istifadə etmək olar. Bu, ərazidə potensial qaynar nöqtələrin müəyyənləşdirilməsi və cinayətlərin baş verməsinin qarşısını almaq üçün real vaxtda cinayəti xəritələşdirmək, silah səslərinin aşkarlanması və proqnozlaşdırıcı polis vasitələrini tətbiq etməkdir. Deyilənləri "Azərspace" peykinin təklif etdiyi xidmətlərdən istifadə etməklə reallaşdırmaq mümkündü.
İşğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonasının yaradılması nəzərdə tutulub. Həmin ərazilərdə ağıllı şəhər həllərinin - elektrik istehlakının izlənməzi, ağıllı işıqlandırma, sensor küçə işıqları və sensor işıqforlar kimi texnologiyaların tətbiqi bir tərəfdən istixana qazı tullantılarının miqdarını, digər tərəfdən elektrik və istilik sərfini əhəmiyyətli dərəcədə azalda bilər.
Ağıllı şəhər həllərini ən çox tətbiq edən 5 şəhər Sinqapur, London, Amsterdam, Honq-Konq, Nyu-York həm də dünyanın əsas turizm mərkəzləridir. Deməli "ağıllı şəhər" texnologiyaları böyük potensiala malik Qarabağ regionunda turizm sektorunu inkişaf etdirmək üçün əlavə imkan yarada bilər. Bu aspektdən ilk olaraq pilot layihə kimi Şuşa şəhərinin "ağıllı şəhər" konsepsiyası çərçivəsində qurulması turizm potensialına əlavə üstünlük verəcək. Məsələn Şuşada interaktiv məlumatverici lövhələrin quraşdırılması, turizm xidmətləri ilə bağlı mobil tətbiqlər, tarixi abidələr, keçmiş münaqişənin izləri haqqında məlumat verən robot-bələdçilər, intelektual nəqliyyat sistemi, "yaşıl" enerji istehsalının tətbiq olunması ilə ekoloji daha təmiz turizm məkanlarının mümkünlüyü həmin regiona xarici turist axınına şərait yaradacaq.
Yekun olaraq, "ağıllı şəhər" və "ağıllı kənd", texnologiyaların tətbiqi Qarabağ regionunu dünyanın süni intelekt və təbiət gözəlliyinin vəhdətindən yaranan turizm incisinə və eyni zamanda Azərbaycanın innovasiya-start up fabrikinə çevirə bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda ezamiyyət qaydası dəyişdi - Yeni qərar
-
Oktyabrda 9 gün iş olmayacaq - Tarixlər
-
Bağçada işləmək istəyənlərə şad xəbər
-
Spotify və TikTok Azərbaycanda vergi uçotuna alındı
-
20 Yanvar və Moskva prospektində “manatlıq taksi”lərə qadağa - Səbəb açıqlandı
-
Beynəlxalq axtarışda olan şəxs Polşadan Azərbaycana gətirildi
XƏBƏR LENTİ
-
Azərbaycanda ezamiyyət qaydası dəyişdi - Yeni qərar
-
Leyla Quliyeva bu verilişi aparacaq
-
Tərtərdə “Mercedes” mikroavtobusa çırpıldı - Xəsarət alanlar var
-
Dönərxanalar üçün toyuq əti hazırlanan qanunsuz sex bağlandı
-
"Mançester"in çempionluq titulları ləğv olunur: Premyer Liqadan aşağı liqaya
-
Argentina Boliviyanı darmadağın etdi
-
Oktyabrda 9 gün iş olmayacaq - Tarixlər
-
Bağçada işləmək istəyənlərə şad xəbər
-
Məktəbdə dərs bölgüsü üstündə dava: Müəllim xəstəxanalıq oldu
-
Prezident İlham Əliyev Si Cinpini təbrik edib
-
Spotify və TikTok Azərbaycanda vergi uçotuna alındı
-
Sərxoş sərnişin təyyarəni bir-birinə qatdı: Stüardessanı dişlədi
-
Rusiya dünyaya meydan oxudu: Nüvə bombasının görüntüləri yayımlandı - (Video)
-
Türkiyədə bələdiyyə sədri saxlanıldı
-
20 Yanvar və Moskva prospektində “manatlıq taksi”lərə qadağa - Səbəb açıqlandı
-
Beynəlxalq axtarışda olan şəxs Polşadan Azərbaycana gətirildi
-
Kürdəmir “Günəş” şadlıq sarayındakı hadisə ilə bağlı yeni açıqlama
-
Oktyabrın 2-dən bu yollarda elektron tərəzilər işləyəcək
-
21 yaşlı Ayselin ölümündə təqsirləndirilən həkimə hökm verildi
-
Pul yığıram, bəs sonra? - İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
-
Burcu Esmersoy dəyişib belə oldu - (Video)
-
Prezident İlham Əliyev: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir
-
Prezident İlham Əliyev: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir
-
Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir





