Cəmiyyət

Şamaxıda bu günə kimi 1500 nəfərə peyvənd vurulub

20 Fevral 2021 12:28
Baxış: 433

Şamaxı Rayon Müalicə Diaqnostika Mərkəzində bu günə kimi 1500 nəfər vaksinasiya olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, mərkəzdə gündəlik olaraq 200-300 nəfər peyvəndləmə prosesindən keçir.

Şamaxı Rayon Müalicə Diaqnostika Mərkəzinə vaksinasiyaya gələn vətəndaşlar üçün 10 otaq ayrılıb. Bunlar peyvənddən öncə qəbul, peyvənd, post-vaksinasiya və digər otaqlardır.

Mərkəzin artıq 500 nəfər tibb işçisi ilk peyvəndləmədən keçib, hazırda ikinci mərhələ davam etməkdədir.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.