Cəmiyyət

Azərbaycanda yeni qərar qəbul edildi: Müvəqqəti dayandırıldı

19 Fevral 2021 21:01
Baxış: 3 087

Məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçaları) uşaq qəbulu müvəqqəti dayandırılıb.

Milli.Az APA-ya istinadən verdiyi məlumata görə, bağça rəhbərləri və müəllimlərin vaksinasiyası başa çatana qədər məktəbəqədər təhsil müəssisələrində yeni uşaqlar qəbul edilməyəcək. Daha sonra epidemioloji vəziyyətdən asılı olaraq məsələyə baxılacaq.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən faktı təsdiqləyiblər.

Xatırladaq ki, uşaq bağçaları fevralın 15-dən fəaliyyətini bərpa edib.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.