Cəmiyyət

Adil Qeybulla peyvənd tərəddüdü olanlara tövsiyə edib: Şayiələrə uymayın

19 Fevral 2021 14:32
Baxış: 472

Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla bu gün COVID-19 əleyhinə peyvənd olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, A.Qeybulla bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.

A.Qeybulla hər kəsi peyvənd olunmağa çağırıb:

"Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusunda qrafik üzrə - 28 gün fasilə ilə COVID-19 əleyhinə peyvənd olundum. Peyvənd tərəddüdü olanlara tövsiyəm: Şayiələrə uymayın, peyvənd olunun. Profilaktika müalicədən çox önəmlidir!"

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.