Cəmiyyət

Bu şəxslərin vaksin vurdurmaması məsləhətdir - TƏBİB

16 Fevral 2021 09:45
Baxış: 3 969
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

TƏBİB koronavirus vaksinini vurdurmaq üçün əks göstərişləri açıqlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, TƏBİB-in rəsmi "Facebook" səhifəsində qeyd edilib ki, vaksindən sonra mümkün ola biləcək - baş ağrısı, əzələ ağrısı, qızdırma kimi əlamətlər əks-təsir deyil, əksinə gözlənilən nəticədir və bədənin vaksinə müsbət reaksiya verməsinin göstəricisidir.

Vaksin istehsal edən şirkət tərəfindən yalnız vaksin elementinə qarşı yüksək həssaslığı, vaksin vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyinin kəskinləşmə mərhələsində olan insanlara vurulması tövsiyə edilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.