Cəmiyyət

İri ticarət mərkəzləri və "Mall"arla bağlı Operativ Qərargahdan AÇIQLAMA

10 Fevral 2021 11:44
Baxış: 3 674
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda koronavirusa yoluxanların sayı günbəgün azalmaqda davam edir. Gündəlik koronavirusa yoluxanların və ölənlərin sayı azaldıqca karantin qaydalarında yumşalmalara gedilir. Bundan əlavə yanvarın 18-də Azərbaycanda vaksinasiyaya başlanılıb. Bu gün müzakirə olunan məsələlərdən biri də iri ticarət mərkəzlərinin və "Mall"arın nə nə zaman açılacağıdır.

Milli.Az xəbər verir ki, bununla bağlı sonxeber.az-a danışan Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, bu barədə hələlik heç bir məlumat yoxdur:

"Karantin qaydalarında yumşalmalara gediləndə və hər hansı qərar qəbul ediləndə, bu haqda tərəfimizdən məlumat verilir. İri ticarət mərkəzləri və "Mall"arla bağlı məndə heç bir məlumat yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.