Yanacağın keyfiyyət problemi: 85 faiz sürücü narazıdır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda sürücülərin 85%-dən çoxu yanacaqdoldurma məntəqələrində satılan yanacağın keyfiyyətindən narazıdır. Bu nəticələr Media Təhlil Mərkəzinin (MTM) 2021-ci il yanvarın 6-11-də keçirdiyi sorğu əsasında əldə edilib.
Milli.Az musavat.com-a istinadən bildirir ki, sorğunun nəticələrinə əsasən, respondentlərin 85,2%-i satılan yanacağın keyfiyyətindən narazı, 14,8%-i isə razıdır. "Hansı yanacaq növündən istifadə edirsiniz" sualına respondentlərin 65%-i AI -92, 18,5%-i AI-95 markalı benzindən, 13,4%-i dizel yanacağından istifadə etdiyini bildirib. AI-98 markalı benzindən cəmi 2,4%, maye qazdan isə 0,4% respondent istifadə edir.
Sorğuda iştirak edənlərin 43,9%-i aylıq yanacaq xərclərinin 100-200 manat, 25%-i 100 manat, 21,1%-i 200 manatdan 300 manatadək, 10%-i 300 manatdan çox olduğunu deyib.
Qeyd edək ki, hazırda Azərbaycanda yalnız AI-92 markalı benzin və dizel yanacağı istehsal olunur. AI-95 və AI-98 markalı benzin isə ölkəyə idxal edilir. AI-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti dövlət tərəfindən tənzimlənir. Tarif (qiymət) Şurasının qərarına əsasən 2021-ci il yanvarın 5-dən etibarən AI-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Daha əvvəl AI-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 0,9 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 0,6 manat idi. 2020-ci ilin yekunları üzrə Azərbaycanda yanacaq istehlakçıları ümumilikdə 2 milyard 40,8 milyon manat (cari məzənnə ilə $1,2 milyard) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.

Elməddin Muradlı
Öncə onu bildirək ki, benzinin keyfiyyətinin aşağı olması məsələsi indiyə qədər bir neçə dəfə gündəmə gətirilib. Lakin rəsmi qurumlar bu məlumatları təkzib ediblər. Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı "Yeni Müsavat"a bildirib ki, yanacağın keyfiyyətindən narazıdır: "Yol polisi "təmiz hava" aylığı adı altında aksiya keçirirdi. Bu aksiyada saxlanılan sürücülərin 90 faizi deyirdi ki, avtomobilin zəhərli qazının miqdarının çox olması yanacaqla bağlıdır. Məsələn, yol polisi irad bildirir ki, sizin avtomobildən zəhərli qazın miqdarı çox çıxır, sürücü də cavab verir ki, yanacağın tərkibinə baxmaq lazımdır. Təbii ki, yol polisi yanacağın tərkibini yoxlamır. Ancaq biz bilirik ki, yanacağın tərkibi təmiz deyil. Bu, kimlərində qazanc məqsədilə yanaşdığı məsələdirsə, ən dəhşətlisi odur ki, ətraf mühitin çirklənməsində yanacağın keyfiyyətinin rolu böyükdür. Keyfiyyətsiz yanacaq ətraf mühiti çirkləndirir və bu da müxtəlif xəstəliklərə səbəb olur. Bütün bunlar hamının gözünün qarşısında baş verir. Aidiyyəti qurumlar yanacaqdoldurma məntəqələrinə nəzarət etmirlər. SOCAR-ın açıqlamasına görə, yanacağın keyfiyyətinin artırılması hələ 2022-23-cü illərdə baş tutacaq. Artıq sürücülər əzbər bilirlər ki, hansı yanacaqdoldurma məntəqəsi benzindən nə qədər kəsir və ya hansında yanacağın tərkibi daha çox çirklidir. Deməli, bunu sürücülər kimi müvafiq qurumlar da yaxşı bilirlər. Ancaq heç kim bunun üzərinə getmir. Ümid edirik ki, 2022-23-cü ildən sonra keyfiyyətin yaxşılaşmasını müşahidə edəcəyik. SOCAR dəfələrlə açıqlama verib ki, onlar yanacaqdoldurma məntəqələrinə qatqısız, standartlara uyğun yanacaq satırlar. Deməli, problemlər yanacaqdoldurma məntəqəsində yaradılır. Buna görə də ciddi nəzarət lazımdır".

Eyyub Hüseynov
"Yeni Müsavat"a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, onlara 3 aydan bir benzinlə bağlı şikayətlər gəlir: "Yanacağın keyfiyyətinin aşağı olması ilə bağlı bizə mütəmadi olmasa da, ara-sıra müraciətlər olur. Son 3-4 aydır ki, yazılı şikayət almamışam. Ancaq daha öncə mühərriki yanan, avtomobilinə zərər dəyən sürücülər bizə müraciət ediblər və məsələni qaldırmışıq. Yanacağın keyfiyyətində problem var. Ancaq müvafiq qurumlar məsələ ilə məşğul olmurlar".

Natiq Cəfərli
İqtisadçı Natiq Cəfərli isə deyib ki, benzinin keyfiyyəti ilə bağlı sınaqlar da aparıb: "Pandemiyadan əvvəl avtomobilimin benzin çənini Gürcüstanda doldururdum və göstəricidə 620-625 kilometr göstərirdi. Azərbaycanda isə ən yaxşı halda 505-510 kilometr göstərib. Bunu dəfələrlə yoxlamışam və həmişə də eyni göstərici görünüb. Yəni bu, o deməkdir ki, Gürcüstanda benzin daha keyfiyyətlidir və artıqlar az olduğu üçün benzin yaxşı yanır, avtomobil daha uzun məsafəni qət edə bilir. Bunu mən demirəm, yapon maşını elektron mexanizm əsasında qeyd edir. Benzinin keyfiyyətsiz olması avtomobilin digər detallarını da zədələyir. Bu, söz yığımı deyil, yuxarıda da qeyd etdiyim kimi faktlar və rəqəmlərə söykənir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakının bu ərazilərində ev alanlar daha çox qazanacaq
-
UEFA Çempionlar Liqası: Günün matçları
-
Onlayn satışla bağlı yeni qayda: Dövlət Vergi Xidməti açıqladı
-
Zelenskinin təyyarəsi az qala dronla toqquşub
-
Cinayətdə şübhəli bilinən 69 nəfər saxlanıldı
-
Ceymi Karrager: “Arda Güler "Real"-dan ayrılmağı düşünməlidir"
-
Sentyabrda bəxti gətirəcək 3 bürc - Pul, sevgi və uğur qapıda
-
“Fenerbahçe” və “Beşiktaş”ın keçmiş ulduzunun oğlu evləndi - (Foto)
-
Trampdan İrana sərt xəbərdarlıq: “Çox ağır zərbə endirməli olacağıq”
-
"Sabah"ın Mançesterdən maraqlı paylaşımı - (Video)
-
Sentyabrın 11-də Milli Məclisdə iki komitə iclası keçiriləcək
-
Xocalıda ANAMA əməkdaşı minaya düşdü - (Yenilənib)
-
“Akasya durağı”nın ulduzları illər sonra - (Video)
-
Bakıda və 3 rayonda işıqlar sönəcək
-
"Şəki yaylası"nda iki nəfərin ölümünə görə cinayət işi başlandı
-
“Sabah” bu gün “Mançester Yunayted”lə qarşılaşacaq
-
Azərbaycan nefti 113 dolları keçdi
-
Paytaxtın 6 küçəsində tıxac var
-
“Miss Avstriya” və “Miss Vyana" 22 yaşında öldü
-
Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb
-
ÇL: “Qalatasaray” Portuqaliyada uduzdu - NƏTİCƏLƏR
-
Avropada bu 10 yerdə suya girməyin: Turistləri 3750 avroya qədər cərimə gözləyir
-
Dənizdə boğulan övladının axtarışlarının davam etdirilməsini istəyirlər - (Video)
-
“Simge” tanınmaz halda - (Foto)





