Cəmiyyət

Əməkdar məşqçi Səyavuş Aslanın oğluna sahib çıxdı

5 Fevral 2021 11:16
Baxış: 3 492
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti Səyavuş Aslanın oğlu Çingiz evsiz qalıb və küçələrdə yatır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Elgizlə izlə" proqramı spirtli içki aludəçisi olan Çingizi xəstəxanaya yerləşdirib. 21 gün müalicə aldıqdan sonra o, yenidən əvvəlki həyatına qayıdıb. O, yenidən proqrama gələrək küçələrdə yatdığını söyləyib.

Verilişə zəng edən və adının açıqlanmasını istəməyən Əməkdar məşqçi Çingizə sahib çıxıb. O bildirib ki, onu işlə və qalacaq yerlə təmin edəcək.

"Bizim böyük idman mərkəzimiz var, ora yerləşdirmək istəyirik. Həm ora nəzarət etsin, həm də yemək verək" deyə, həmin şəxs söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.