Cəmiyyət

Bakıda bu xətt üzrə sərnişindaşımada dəyişiklik edildi - FOTO

30 Yanvar 2021 18:59
Baxış: 1 343
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət başçısının tapşırığına əsasən Bakı ətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımaların keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir. Köhnə istismar müddətini başa vuran avtobuslar müasir, rahat və iritutumlu nəqliyyat vasitələriylə əvəz edilir.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, bu çərçivədə "Koroğlu"NMM-Məhəmmədi kəndi istiqamətində hərəkət edən 217 nömrəli müntəzəm marşrut xəttiylə bağlı da dəyişiklik edilib. 01.02.2021-ci il tarixindən bu xətt üzrə sərnişindaşımaları "Azland-Plaza MMC"-yə həvalə edilib. Daşıyıcı tərəfindən xətt üzrə sərnişindaşımalarına iritutumlu "İsuzu-Citibus" markalı avtobuslar cəlb ediləcək.
Dəyişiklik sayəsində gün ərzində 217 nömrəli marşrut xəttindən istifadə edən 10 minə yaxın sərnişinin rahat və təhlükəsiz daşınması mümkün olacaq.

Məlumat üçün bildiririk ki, 217 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları əsasən köhnə, texniki baxımdan sərnişindaşıma tələblərinə cavab verməyən kiçiktutumlu avtobuslarla icra edilib. Ötən müddətdə xidmət səviyyəsinin aşağı olması ilə bağlı sərnişinlərdən çoxsaylı müraciətlər daxil olub. Dəfələrlə daşıyıcı "6-Dost" MMC-yə yazılı və şifahi xəbərdarlıq edilsə də bu istiqamətdə hər hansı bir tədbir görülməyib. Bu səbəbdən də onunla xəttin müvəqqəti istismarına dair imzalanan müqaviləyə xitam verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.