Cəmiyyət

Azərbaycanda bu gün yoluxma nə qədər olub? - STATİSTİKA

30 Yanvar 2021 17:09
Baxış: 3 194
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 131 yeni yoluxma faktı qeydə alınıb, 407 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 230066 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 222 960 nəfər müalicə olunaraq sağalıb, 3 126 nəfər vəfat edib, aktiv xəstə sayı 3980 nəfərdir.

Ölkədə son sutka ərzində 7 244, hazırkı dövrədək isə 2 401 720 test aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.