Yanvarın 30-da Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Arabir duman olacaq, qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-4, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 0-3 dərəcə şaxta olacaq.
Tibbi-meteoroloji proqnoz
Yanvarın 30-da Abşeron yarımadasında sakit hava şəraiti meteohəssas insanlar üçün əlverişli olsa da, havada rütubətliliyin çox olması bəzi insanlarda narahatlıq hissi yarada bilər.
Milli.Az
 PUL
PUL 
                
                             
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        .jpg) 
                         
                        .png) 
                         
                         
                         
                        




 
        
                 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində.
 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin.
 Bizi "Telegram"da izləyin. Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     
                     
                    .jpg) 
                    .jpg) 
                     
                    .jpg) 
                     
                     
                     
                     
                    .jpg) 
                     
                     
                     
                     
                     
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        