Cəmiyyət

Xızıda qarlı yolda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib

23 Yanvar 2021 23:00
Baxış: 1 335
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xızı rayonunun Qızılqazma kəndində "Mercedes" markalı minik avtomobilinin qarda batması nəticəsində sürücü və 2 nəfər sərnişinin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, FHN-nin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub. Görülən tədbirlər nəticəsində avtomobil və içərisində olan şəxslər təhlükəsiz əraziyə çıxarılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.