Cəmiyyət

Müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti mərhələsinə BU TARİXDƏN başlanılacaq

22 Yanvar 2021 10:14
Baxış: 1 224
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsinə fevral ayından etibarən başlanılacaq.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, müsahibə mərhələsinin elektron sənəd qəbulu 25-27 yanvar tarixlərini əhatə edəcək.

Namizədlər yanvarın 25-dən etibarən şəxsi səhifələrinə daxil olaraq onlayn müsahibələrdə iştirak etmək üçün hazırlanmış təlimatla tanış ola bilərlər. Təlimatla tanış olduqdan sonra 27 yanvar saat 23:59-dək müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Namizədlərin daxil etdiyi məlumatlar yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.

Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejiminin uzadılması səbəbindən müsahibələr onlayn formatda, "Microsoft Teams" platforması üzərindən keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.