Cəmiyyət

İnsan alverinin qurbanları 152 “Qaynar xətt”inə zəng etsinlər

18 Yanvar 2021 14:46
Baxış: 776
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsan alveri insan hüquqlarının ciddi pozuntusu və cinayətin ağır formalarından biridir.

İnsan alverinə məruz qalanlar fahişəlik, məcburi əmək, orqanların çıxarılması üçün istismar edilir, yaxud insan alverinin meydana çıxan digər formalarına, o cümlədən mütəşəkkil şəkildə dilənçilik, müavinətlərlə dələduzluq, ev köləliyi və məcburi nikah kimi hallara cəlb olunurlar.

İnsan alveri dünyada bütün ölkələrdə baş verə bilən cinayətdir. O, həm milli, həm də transmilli xarakter daşıyır.

Birləşmiş Millətlər Təşkilatının məlumatına əsasən, dünyada insan alverindən gələn gəlir təxminən 32 milyard ABŞ dolları təşkil edir.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) hesablamasına görə hər il 1.2 milyon uşaq alverinin qurbanı olur.

Aşkar olunan qurbanlar arasında uşaqların faiz nisbəti artmaqdadır: hər üç qurbandan biri uşaqdır.

İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq dövlət büdcəsi və digər mənbələr hesabına müavinət ödənilir.

Milli.Az Baş Prokurorluğa istinadən xəbər verir ki, insan alveri cinayətindən zərər çəkmiş şəxslərə, insan alverinin ehtimal olunan qurbanlarına və potensial qurbanlarına, xüsusən qadın və uşaqlara yardım məqsədilə 152 "Qaynar xətt"i məlumat-məsləhət xidməti göstərir.

"Qaynar xətt" həftənin bütün günləri 24 saat ərzində yalnız respublika ərazisində ödənişsiz xidmət göstərir, dünyanın hər bir ölkəsindən zəngləri qəbul edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.