Cəmiyyət

Xırdalanda səkinin üzərində tikilən obyekt narazılığa səbəb oldu - VİDEO

16 Yanvar 2021 16:00
Baxış: 1 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Piyadaların rahat hərəkəti üçün geniş bir piyada səkisi salınıb. Ancaq kimlərsə düz bu piyada səkisinin üzərində obyekt tikib. Abşeronda xırdalan şəhərində belə bir problem yaşanıb. Səkinin zəbt olunması isə ən çox piyadaların narazılığına səbəb olub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Səki zəbt olunub, piyadaların rahatlığı üçün geniş salınmış bu səkidə kimlərsə obyekt tikib.

Bura Abşeron rayonunun Xırdalan şəhərində Heydər Əliyev parkının yanıdır. Belə geniş səki hansısa sahibkarın gözünə batıb.

Piyadaların sözlərinə görə, bir neçə gündür ki, səkinin üzərində obyekt tikildiyindən buradan istifadə etməkdə çətinlik çəkirlər.

Səkidə başqa bir obyektin pilləkənlərinin tikilməsi də piyadaların gediş-gəlişini bir qədər də çətinləşdirir. Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətindən ''Xəzər Xəbər''ə bildirildi ki, obyekt sahibi müvafiq icazə almadan bu işləri görüb və həmin obyekt söküləcək. Artıq sahibkara bu barədə xəbərdarlıq da olunub. Obyekti tikən şəxs isə mövqe bildirməkdən imtina etdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.