Yeni yaradılan komissiya əyani müayinə keçirməklə əlilliyin qiymətləndirilməsini aparacaq - Nazirlik
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nazirlər Kabinetinin 13 yanvar 2021-ci il tarixli "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı bəzi məsələlər barədə" Qərarına əsasən, qeyd edilən tibbi-sosial ekspertizanın aparılması məsələlərinin operativ, vaxtında, keyfiyyətlə və mərkəzləşmiş şəkildə həlli məqsədilə komissiya yaradılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, qərara əsasən komissiyaya Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri sədrlik edəcək.
Komissiyanın tərkibinə Azərbaycan Respublikası müdafiə, səhiyyə nazirlərinin müavinləri, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri, Tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanlarının səlahiyyətli şəxsləri daxil edilib.
Komissiya 2020-ci il 27 sentyabr tarixindən başlayan hərbi əməliyyatlar zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuları birgə əyani müayinədən keçirməklə mərkəzləşdirilmiş qaydada xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliklərin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi ilə bağlı sənədlərin sürətlə rəsmiləşdirilməsini təmin edəcək. Həmçinin komissiya əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişləri "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edəcək və əyani müayinə keçirməklə əlilliyin qiymətləndirilməsini aparacaq.
Komissiyaya əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların reabilitasiya vasitələri ilə növbədənkənar təmin edilməsi, onların reabilitasiyası ilə əlaqədar zəruri tədbirlərin görülməsi də tapşırılıb. Qeyd edilən tədbirlərin birgə həyata keçirilməsi üçün Qərarla komissiyadakı dövlət orqanlarının nümayəndələrindən, mütəxəssislərdən, o cümlədən ekspertlərdən ibarət işçi qrupları da yaradılacaq.
Nazirlər Kabinetinin bu gün qəbul etdiyi digər qərarla Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə operativ, vaxtında, keyfiyyətlə və əlaqəli şəkildə psixoloji yardım göstərilməsini təmin etmək məqsədilə də komissiya yaradılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sabah Məhərrəm ayı başlayır
-
Müdafiə naziri Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
Dövlət Məşğulluq Agentliyi fəaliyyət göstəricilərini açıqladı
-
Baş nazir Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
-
Bakıda torpaq bazarında yeni qiymətlər açıqlandı
-
Bakıda 80 yaşlı qadının hovuz görüntüləri gündəm oldu - VİDEO
XƏBƏR LENTİ
-
Tovuzda kanalda meyit tapılıb
-
Ağdamda çobanlar arasında dava qanla bitdi
-
Flora Kərimovanın səhhəti ilə əlaqədar “Bakı gecələri” konserti sentyabr ayına təxirə salındı
-
Sabah Məhərrəm ayı başlayır
-
Zaqatalada ağır qəza: Bir nəfər öldü
-
Həftəsonu 83 axtarışda olan şəxs saxlanılıb
-
Müdafiə naziri Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
Hakan Fidan Rusiyaya səfər edəcək
-
Bakıda narkokuryer saxlanıldı
-
Azərbaycan vasitəsilə Ermənistana buğda göndərildi - YENİLƏNİB
-
Sumqayıtda oğurluq edən qadın saxlanıldı
-
Efiopiyada ağır qəza: 28 nəfər öldü
-
16 ölkədə yüzlərlə yeni meymunçiçəyi halı aşkarlandı
-
Bacısını qətlə yetirən şəxs cəzadan azad edildi
-
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi
-
Dövlət Məşğulluq Agentliyi fəaliyyət göstəricilərini açıqladı
-
Baş nazir Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
-
İzabel Akosta evində ölü tapıldı
-
Cennifer Lopez boşandığı ərindən danışıb kövrəldi
-
Bakıda torpaq bazarında yeni qiymətlər açıqlandı
-
Xəstəxanaya yerləşdirilən Flora Kərimova ilə arxiv FOTOsunu yaydı
-
Mahir Emreli üçün “Kayzerslautern”ə təklif göndərdilər
-
"Kaş meyxana deməzdik" - Aydın Xırdalanlı barədə ETİRAF
-
Norveç şahzadəsinin oğlu həbs edildi - FOTO





