"Yaralı əsgərlər mənimlə mübahisə edirdilər, hospitala getmək istəmirdilər" - Həkim - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Döyüşlərdə topların 100 metrliyində xidmət edirdik, yaralı əsgər, zabitləri ərazidən təxliyə edib hospitala göndərirdik. Hər kəs kimi, mənim də bir amalım var idi, ölsəm də, qalsam da, vəzifəmi layiqincə yerinə yetirməliyəm.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında ehtiyatda olan tibb xidməti leytenantı Ağa Ağazadə deyib.
Onun sözlərinə görə, Vətən müharibəsi zamanı bütün hərbçilər yaralansalar da ancaq irəli getməyi düşünürdülər:
"Mülki həyatda da həkim uroloq, androloq işləyirəm, elə həkim kimi də cəbhəyə yollanmışam. Əvvəl də hərbi həkim kimi ön cəbhədə qulluq etdiyim üçün, təcrübəm var idi. Elə bu səbəbdən də müharibənin ilk günündən ön cəbhədə, ən öndə topların yanında yerləşdim. Vəzifəm yaralılara ilkin tibbi yardım göstərib, onları ərazidən təxliyə edərək hospitala göndərmək idi. Döyüşçü yoldaşlarımız ən qızğın nöqtələrdə olsalar belə həmin yerə müdaxilə edirdim, bu, mənim borcum idi, ölsəm də, qalsam da onu oradan çıxarmalı idim".
Həkim leytenant qeyd edir ki, döyüşlər nə qədər çətin olsa da, hər işğaldan azad olunmuş ərazilər barədə xəbər alanda ruh daha da yüksəlirdi:
"Xatırlayıram ki, Qəbələdən Niramin adlı 18 yaşlı əsgər var idi. O şəxsin vəzifəsi əsgərləri vaxtı-vaxtında qida ilə təmin etmək idi. Hər gün hərbçilərimizə ərzaq çatdırmaq üçün mərmilərin altından keçməli olurdu. Bəlkə də bilirdi ki, mərmilərdən biri onun həyatına son qoya bilər, ancaq vəzifəsini qorxmadan yerinə yetirirdi, bilirdi ki, o olmasa, əsgərlər ac qalacaq. Elə əsgərlər var idi ki, hospitala getməmək üçün mübahisə ediridi. Onlar sanki bunu qəbul edə bilmirdilər. Deyirdilər ki, mənim yoldaşlarım burada ola-ola, mən hospitala gedə bilmərəm".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
XƏBƏR LENTİ
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq





