Bir ailədən müharibəyə gedən 5 nəfər - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
44 günlük Vətən müharibəsinə ailəliklə qatılan soyadlardan biri də Həşimovlardır. Lənkəran rayonunun Boladı kəndindən olan bu ailənin beş üzvünün qələbədə payı var.
Birinci Qarabağ müharibəsində də iştirak edən Fikrət və Araz Həşimovlara Vətən müharibəsində qardaşı oğlanları Qalib, Alim və Taleh Həşimovlar da qoşulub. Həşimovların 4-ü hərbi təyyarəçidir, 1-i isə Hərbi Hava Qüvvələrinin (HHQ) hava hücumundan müdafiə sistemində xidmət edib.
Milli.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya ailə üzvlərini ön cəbhəyə yola salan Mirəsgər Həşimov danışıb:
"İki qardaşım, üç oğlum milli ordumuzun zabitləridir, hər biri mayor rütbəsindədir. Qardaşlarım Araz və Fikrət Perm Hərbi Aviasiya Məktəbini bitiriblər. Oğlanlarım da əmilərinə baxıb təyyarəçilik peşəsini seçiblər. Onlar hələ uşaq ikən göydə uçan təyyarələrə maraqla baxırdılar, deyirdilər ki, Fikrət və ya Araz əmi uçur. Biz də böyüyüb təyyarə sürəcəyik. Mən onların qarşısını kəsmədim. Dedim əgər təyyarəçi olmaq istəyirsinizsə, gedin olun. Əgər Vətənə onlardan bir xeyir gələrsə, niyə də olmasın? Qardaşlarım yük təyyarəsi sürüblər və müharibədə ordunun təminatında iştirak ediblər. Oğlanlarım Qalib və Taleh qırıcı təyyarə pilotlarıdır. Alim isə Hava Hücumundan Müdafiə sistemində xidmət edir. Ölkəyə düşmən tərəfindən atılan raketlərin zərərsizləşdirilməsində onun böyük rolu olub".
Fotoda: Taleh Həşimov

Mirəsgər Həşimov deyir ki, hər 3 oğlu Heydər Əliyev adına Hərbi Təyyarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirib. Akademiyada öyrəndikləri və təcrübələri onlara döyüşdə böyük uğur qazandırıb. Taleh Həşimov "Azərbaycan bayrağı" ordeni və Suqovuşan, Kəlbəcər və Cəbrayılın azadlığı uğrunda medalları ilə təltif olunub. Araz Həşimov da xidmətlərinə görə Ali Baş Komandan tərəfindən "Vətən uğrunda" medalına layiq görülüb.
Onların döyüşdə qazandıqları nailiyyətlərdə həm də Vətənə olan sonsuz sevgilərinin payı var. Qalib əsgərləri Boladı kənd əhalisi böyük təntənə ilə qarşılayıb:
"Mən bu qalibiyyətə çox sevinirdim. Bunu sözlə ifadə etmək çətindir. Taleh "Azərbaycan bayrağı" ordeninə layiq görülmüşdü. Onun düşmənin məhv edilməsində böyük rolu olub. Prezident də onun şücaətini qiymətləndirib. Ona bir neçə günlük məzuniyyət vermişdilər və kəndə gəlmişdi. İnanın, heç bir dəqiqə istirahət edə bilmədi, hamı onu ziyarətə gəlirdi. Zarafatla deyirdi ki, müharibə bundan rahat idi. Ümumiyyətlə, Həşimovları rayon, kənd elə təntənə ilə qarşıladı ki, bundan qürur keçirməmək mümkün deyil. Şəhidlərimiz oldu, kəndimiz də 3 şəhid verdi. Allah onların hər birinə rəhmət eləsin. Mən fəxr edirəm ki, mənim oğullarımın, qardaşlarımın da şəhidlərin qanının yerdə qalmamasında rolu oldu".
Araz Həşimov
.jpg)
Fikrət Həşimov

Qalib Həşimov
.jpg)
Alim Həşimov

Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb - (Video/Foto)
-
Ronaldonun Corcinasının müzakirə yaradan Videosu
-
Məktəbdə vahid geyim forması bərabərlik, peşəkarlıq və təhsil mədəniyyətini formalaşdırır - Sevil Mikayılova
-
Bu marşrutun bütün avtobusları yenilənir
-
Moskvaya ilin ən böyük dron hücumlarından biri oldu
-
Bakıda hava ilə bağlı yeni proqnoz
-
Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər
-
Azərbaycanın inkişafının şahidi oluram - Prezident Thonqlun Sisulit
-
ABŞ-dən İsrailə uçan təyyarədə bomba həyəcanı - Sərnişinlər təxliyə edildi
-
Laos Prezidenti: Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar
-
Metro gücləndirilmiş rejimdə çalışacaq
-
Bu şəxslərin iş rejimi dəyişir
-
Deputat Milli Azərbaycançılıq İnstitutunun yaradılmasını təklif edib
-
Gürcüstandan 112 əcnəbi deportasiya edildi
-
Bakıda məktəbə daş atıldı: İki şagird xəsarət aldı - (Video)
-
Azərbaycan Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir - Kamaləddin Qafarov
-
“İmişli” baş məşqçisi ilə yollarını ayırdı
-
Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir
-
Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb
-
"Roma" - "Real" oyununu azərbaycanlı hakim idarə edəcək
-
Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək
-
Prezident İlham Əliyev: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir
-
Prezident İlham Əliyev: Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir
-
Prezident İlham Əliyev: Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək





