Azərbaycan Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir - Kamaləddin Qafarov
"Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manetlə görüşdən sonra mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin inkişaf istiqamətlərini ortaya qoydu." Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata açıqlamasında belə deyib.
O, bildirib ki, səfər mövcud siyasi etimadın yeni əməkdaşlıq imkanlarına çevrilməsi baxımından əhəmiyyətlidir. "Tərəflərin açıqlamalarında beynəlxalq platformalarda qarşılıqlı dəstək və parlamentlərarası əlaqələrin genişləndirilməsi xüsusi yer tutub. Azərbaycanla Kambocanı birləşdirən mühüm cəhətlərdən biri beynəlxalq təşkilatlarda əməkdaşlığa verdikləri önəmdir. BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində qurulan əlaqələr göstərir ki, coğrafi baxımdan uzaq dövlətlər ortaq prinsiplər və qarşılıqlı hörmət əsasında səmərəli tərəfdaşlıq qura bilərlər. Prezident İlham Əliyevin vurğuladığı kimi, çoxtərəfli platformalarda fəal əməkdaşlıq ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət edir. Bu yanaşma Azərbaycanın xarici siyasətində dialoqa və qarşılıqlı faydaya əsaslanan xəttin ardıcıl davam etdirildiyini göstərir."
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, belə münasibətlər yalnız bəyanatlarla məhdudlaşmır və onların real məzmunu dövlətlərin bir-birinin təşəbbüslərinə münasibətində, ortaq platformalarda mövqelərin uzlaşdırılmasında və yeni təmas kanallarının yaradılmasında üzə çıxır: "Hun Manetin Bakıya səfəri və AQEM-in Zirvə görüşündə iştirakı bu baxımdan əhəmiyyət daşıyır. Azərbaycan Asiya ölkələri ilə əlaqələrini genişləndirməklə beynəlxalq əməkdaşlığın coğrafiyasını artırır, müxtəlif regionlar arasında siyasi dialoqun inkişafına töhfə verir. Kamboca ilə təmasların intensivləşdirilməsi də həmin strategiyanın məntiqi tərkib hissəsidir.
Münasibətlərin institusional əsasını möhkəmləndirən digər istiqamət parlamentlərarası əməkdaşlıqdır. Hər iki ölkədə fəaliyyət göstərən dostluq qrupları siyasi dialoqun qanunverici orqanlar səviyyəsində davam etdirilməsinə imkan yaradır. Parlamentlər qarşılıqlı təcrübənin öyrənilməsi, dövlətlərin maraqlarının daha yaxından anlaşılması və əlaqələrin hüquqi əsaslarının inkişafı baxımından mühüm rol oynayır. Bu təmaslar hökumətlər arasında əldə olunan razılaşmaların daha geniş institusional dəstəklə müşayiət edilməsinə şərait yaradır. Kambocanın dəstəyi ilə Azərbaycanın ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsi də diqqətəlayiq nümunədir. Bu addım Cənub-Şərqi Asiya ilə əlaqələrin genişləndirilməsi üçün əlavə imkanlar açır. Azərbaycanın coğrafi mövqeyi Avropa ilə Asiya arasında bağlantıların inkişafına əlverişli zəmin yaradır. Bu imkanlardan səmərəli istifadə üçün nəqliyyat əlaqələri ilə yanaşı, siyasi və parlament diplomatiyasının da fəal olması vacibdir. Oktyabrın 12-də mübadilə olunan sənədlər də əlaqələrin konkret sahələr üzrə inkişafına xidmət edən siyasi iradəni təsdiqləyir".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Məktəbdə vahid geyim forması bərabərlik, peşəkarlıq və təhsil mədəniyyətini formalaşdırır - Sevil Mikayılova
-
Azərbaycanın inkişafının şahidi oluram - Prezident Thonqlun Sisulit
-
Laos Prezidenti: Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar
-
Deputat Milli Azərbaycançılıq İnstitutunun yaradılmasını təklif edib
-
Azərbaycan Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir - Kamaləddin Qafarov
-
Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir
XƏBƏR LENTİ
-
Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb - (Foto)
-
Ronaldonun Corcinasının müzakirə yaradan Videosu
-
Məktəbdə vahid geyim forması bərabərlik, peşəkarlıq və təhsil mədəniyyətini formalaşdırır - Sevil Mikayılova
-
Bu marşrutun bütün avtobusları yenilənir
-
Moskvaya ilin ən böyük dron hücumlarından biri oldu
-
Bakıda hava ilə bağlı yeni proqnoz
-
Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər
-
Azərbaycanın inkişafının şahidi oluram - Prezident Thonqlun Sisulit
-
ABŞ-dən İsrailə uçan təyyarədə bomba həyəcanı - Sərnişinlər təxliyə edildi
-
Laos Prezidenti: Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar
-
Metro gücləndirilmiş rejimdə çalışacaq
-
Bu şəxslərin iş rejimi dəyişir
-
Deputat Milli Azərbaycançılıq İnstitutunun yaradılmasını təklif edib
-
Gürcüstandan 112 əcnəbi deportasiya edildi
-
Bakıda məktəbə daş atıldı: İki şagird xəsarət aldı - (Video)
-
Azərbaycan Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir - Kamaləddin Qafarov
-
“İmişli” baş məşqçisi ilə yollarını ayırdı
-
Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir
-
Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb
-
"Roma" - "Real" oyununu azərbaycanlı hakim idarə edəcək
-
Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək
-
Prezident İlham Əliyev: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir
-
Prezident İlham Əliyev: Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir
-
Prezident İlham Əliyev: Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək





