Cəmiyyət

Yanvarın 11-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

9 Yanvar 2021 00:02
Baxış: 2 327
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gündən yanvarın 11-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək.

Milli.Az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Qərara əsasən, 9 yanvar saat 00:00-dan 11 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın və Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2021-ci il 31 yanvar saat 06:00-dək uzadılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.