Cəmiyyət

AİB Azərbaycanda texnoloji startapların inkişafı üzrə layihəyə start verir

6 Yanvar 2021 16:05
Baxış: 939
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda texnoloji startapların inkişafı üzrə layihənin reallaşdırılmasına başlayır.

Milli.Az bu barədə banka istinadən məlumat verir.

Layihənin dəyəri 550 min dollar təşkil edir. Bu məbləğin 500 min dolları qrantlar şəklində Cənubi Koreyanın "Elektron Asiya və Biliklər" Tərəfdaşlıq Fondu tərəfindən maliyyələşdiriləcək.

Layihə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin texnoloji startaplarına dəstək üçün səmərəli və funksional mexanizmlərin yaradılmasını nəzərdə tutur.

Layihənin reallaşdırılmasının məqsədləri sırasında Azərbaycanda özəl sektorun inkişafı və insan kapitalının möhkəmləndirilməsi dayanır. AİB bu işə məsləhətçiləri cəlb edəcək, layihə "ASAN Service", Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti və "Innoland Şəki" tərəfindən icra olunacaq.

Layihənin 2022-ci ilin iyununadək reallaşdırılması nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.