Cəmiyyət

Erməni təcavüzündən zərər çəkmiş Gəncə sakinlərinə kompensasiyalar verilməyə başlandı - FOTO

6 Yanvar 2021 15:55
Baxış: 1 137
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Gəncəyə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsinə başlanılıb.

Bu barədə Milli.Az-a Gəncə şəhər İcra hakimiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, bunun üçün Gəncədə raket hücumu nəticəsində yaşayış evlərinə ziyan dəymiş vətəndaşlara və ya onların qanuni nümayəndələrinə plastik kartlar paylanılıb. Plastik kartlar vətəndaşlara təqdim olunub.

Xüsusi karantin rejiminin şərtlərinə uyğun olaraq sosial məsafənin gözlənilməsinə polis və Daxili Qoşunların əməkdaşları nəzarət ediblər.

Qeyd edək ki, Ermənistanın təcavüzü nəticəsində ölkə üzrə mülki əhaliyə dəymiş ziyanın ödənilməsi üçün ilkin olaraq 9 068 128 manat ayrılıb.

Xatırladaq ki, Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən 4,5,8,11,17 oktyabr tarixlərində bir neçə dəfə raket atəşinə tutulub. Nəticədə 26 mülki şəxs həlak olub, 120-dən artıq vətəndaş yaralanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.