Cəmiyyət

Zəngilanda sərhəd zastavasının açılışı olub

5 Yanvar 2021 16:58
Baxış: 1 717
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Horadiz Sərhəd Dəstəsinin Zəngilan rayonunun Bartaz kəndində sərhəd zastavası xidməti fəaliyyətə başlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, zastavanın açılışında DSX-nın rəis müavinləri İlham Mehdiyev və Azad Ələkbərov iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılıb.

Qeyd olunub ki, Vətən müharibəsi başladığı ilk günlərdən Azərbaycan sərhədçiləri tərəfindən Füzuli rayonundakı təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük ərazi işğaldan azad edilib, o cümlədən 24 saat ərzində 105 km məsafədə ildırımsürətli hücumla düşmənə ağır zərbə endirilib.

Sərhədçilər yaradılmış şəraitə, diqqət və qayğıya görə Prezident İlham Əliyeva təşəkkür ediblər.

Sonda mərasim iştirakçıları sərhəd zastavası ilə tanış olublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.