Cəmiyyət

Bakıda yüksək sürətlə hərəkətdə olan avtomobil qəza törədib - FOTO

5 Yanvar 2021 08:28
Baxış: 1 890
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Nəsimi rayonunda iki minik avtomobili toqquşub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Cavadxan küçəsində qeydə alınıb.

Metronun Memar Əcəmi stansiyasının yaxınlığında "BMW" markalı nəqliyyat vasitəsinin sürücüsü  yüksək sürətlə hərəkətdə olan zaman qəfil idarəetməni itirib. İdarəetmədən çıxan avtomobil eyni istiqamətdə hərəkətdə olan "KİA" markalı nəqliyyat vasitəsinə çırpılıb. Toqquşma güclü olduğundan, hər iki avtomobil deformasiyaya uğrayıb.

Faktla bağlı Nəsimi Rayon Dövlət Yol Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.