Cəmiyyət

Azərbaycan regional liderə çevrilib - Rusiyalı ekspert

4 Yanvar 2021 16:49
Baxış: 1 342
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycanın ciddi üstünlüyü qeydə alındı.

Milli.Az xəbər verir ki, bunu IMEMO RAN-ın Qafqaz sektorunun aparıcı elmi əməkdaşı Vadim Muxanov Gazeta.ru-ya verdiyi müsahibəsində deyib.

"Ermənistana və Azərbaycana gəlincə, Azərbaycan lideri İlham Əliyev 2020-ci ili aktivinə yaza bilər. Əslində o prezidentliyi dövründə ən böyük müvəffəqiyyəti qazandı. Müharibə ona daxili və xarici siyasi qələbə qazandırdı, Bakının güclənməsini və regional hegemonluq iddialarını nümayiş etdirdi" , - mütəxəssis əmindir.

Ermənistandakı vəziyyətə gəlincə, orada Muxanovun fikrincə, vəziyyət tam əksidir:

"Müharibə İrəvana çöküş və milli fəlakət gətirdi. Atəşkəs razılaşmasının şərtləri, Ermənistan tərəfi üçün, o cümlədən respublika əhalisi arasında qəbul edilməsi üçün son dərəcə çətindir", - deyə politoloq davam edir.

Paşinyan son iki ildə ölkədə bir nömrəli siyasətçi olmasına baxmayaraq, nəticədə sərt anti-reytinqlərlə üzləşdi.

"Azərbaycan 2021-ə qalib, Ermənistan uduzan kimi daxil oldu. Sonuncusu üçün gələn il mənfi vəziyyətin davamı olacaq və buna siyasi böhran əlavə ediləcək, bu, vəziyyəti daha da ağırlaşdıracaq", - Vadim Muxanov bildirib.

Aslan Məmmədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.