Bunu Trend-ə Azərbaycanda süni mayalanma əməliyyatlarının həyata keçirildiyi ilk tibbi müəssisə olan Ailə Planlaması Mərkəzinin həkimi, süni mayalanma üzrə mütəxəssis Sevinc Sevdimalıyeva deyib. Onun sözlərinə görə, əvvəllər insanlarda ekstrakorporal mayalanma əməliyyatına inam böyük deyildi. Hətta bir çoxları hesab edirdilər ki, süni mayalanma nəticəsində dünyaya gələnlər onların öz doğma uşaqları olmayacaq və ya doğulacaq körpə anormal uşaq olacaq.
"Amma artıq insanlar süni mayalanma nəticəsində nə qədər sağlam uşağın dünyaya gəldiyinin şahidi olurlar. Buna görə də süni mayalanma üçün müraciət edənlərin sayı gündən-günə artır. Azərbaycanda bu əməliyyatlar 2004-cü ildən həyata keçirilir", - həkim deyib.
Azərbaycanda sonsuzluq, xüsusilə kişi sonsuzluğu hallarının artdığını bildirən Sevdimalıyeva qeyd edib ki, cinsi yolla keçən xəstəliklərin sayının artması, siqaret, içki, zərərli vərdiş, qidalanma zamanı hormonal məhsullardan geniş istifadə, radiasiya, eyni zamanda, gərgin iş şəraiti və psixoloji anlar sonsuzluğun artmasına gətirib çıxarır.
Onun sözlərinə görə, artıq övladı olmayan cütlüklər bir neçə il davam edən effektsiz müalicələrdən uzaqlaşır, düzgün müalicə metodunun seçilməsinə daha çox üstünlük verirlər.
Süni mayalanma uzun və bahalı prosedurdur. Bu əməliyyat təxminən 3000 manata başa gəlir. Ekstrakorporal mayalanma cinsi hüceyrələrin kənarda mayalandırılıb qadının uşaqlığına köçürülməsindən ibarət olan prosesdir. Bunun üçün qadın hüceyrələri yetişdirilir və onlar kənarda kişi hüceyrələri ilə mayalandırılır. Mayalanma nəticəsində əmələ gələn embrion qadının uşaqlıq boşluğuna köçürülür.
Süni mayalanma zamanı qadının uşaqlığına yalnız iki embrion qoyulur. Buna görə də süni mayalanma nəticəsində 1 və ya 2 uşaq dünyaya gəlir. Amma uşaqlığa eyni vaxtda iki embrion qoyulduğu üçün süni mayalanma nəticəsində 2-4 dölün əmələ gəlməsi də mümkündür. Ümumilikdə süni mayalanmaların 40-45 faizi müsbət nəticələnir. Süni mayalanmada əkiz dölün yaranma faizi isə 30-35 faiz təşkil edir.
Mütəxəssisin sözlərinə görə, süni mayalanma nəticəsində 3 və ya 4 dölün əmələ gəlməsi yaxşı hal deyil. Bu, əslində metodun düzgün icra olunmaması nəticəsində baş verir.
"Dünyada uşaqlıq boşluğuna iki embriondan artıq embrionun köçürülməsi yasaqdır. Artıq neçə illərdir ki, bizdə də üç embrion qoyulmur. Tibbi göstərişlər də uşaqlığa iki embriondan artığını qoymağa icazə vermir. Biz qadının uşaqlıq boşluğuna ən keyfiyyətli iki embrionu qoyuruq. Həmin embrionların tutub-tutmaması artıq bizdən deyil, orqanizmdən asılıdır. Buna görə də əməliyyatdan sonra ya bir, ya iki embrion tuta və ya ümumiyyətlə, heç bir embrion tutmaya bilər", - Sevdimalıyeva bildirib.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanda süni mayalanma neçəyə başa gəlir?
13 Yanvar 2012 15:54
812 Şərh
Baxış: 62 842

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Əlaqələrdən gələn fürsətlərə üstünlük ver
-
Bu şəxsə görə qəsəbə saatlarla işıqsız qaldı - FOTO
-
Azərbaycandakı boyalı saxta çaylar – Onları belə tanıyın – ARAŞDIRMA
-
Varlanmağın yolları - Azərbaycanlı deputatdan məsləhətlər
-
Valideynlərdən üzük götürdüyünə görə cəzalandırılan müəllimə: bilsəydim...
-
Yayda ətir necə seçilməlidir? – Tanınmış əttardan TÖVSİYƏLƏR
XƏBƏR LENTİ
-
Türkiyə ABŞ-dən üstün oldu
-
Sevgidən tez bezən, ciddi əlaqədən qaçan BÜRCLƏR
-
Aysel dəbdəbəli bağını göstərdi - VİDEO
-
25 ilə insanlar 1000 il yaşaya biləcək
-
"Aşk-ı Memnu"nun Bülenti illər sonra - FOTO
-
Gözbəbəkləri və yaddaş arasındakı heyrətamiz əlaqə
-
Gənclər arasında ani ölümə səbəb nədir?
-
Maşındakı bu problem sizi yolda qoya bilər - 500 manata qədər xərci var
-
Bir gündə iki dəhşət: Qadın ətrafdakılara bıçaqla hücum çəkdi
-
Çimdiyi sudan sabunlar hazırlatmışdı, 8 saniyəyə satıldı - FOTO
-
Günün qoroskopu: Əlaqələrdən gələn fürsətlərə üstünlük ver
-
Bu şəxsə görə qəsəbə saatlarla işıqsız qaldı - FOTO
-
Arvadına əsəbləşdi, maşını piyadaların üstünə sürdü - Xeyli yaralı var - FOTO
-
"Qumar kralı" şəkili Yusifin "sağ əli" həbs edildi - FOTO
-
Voleybol millimiz Gürcüstana qalib gəldi
-
Azərbaycandakı boyalı saxta çaylar – Onları belə tanıyın – ARAŞDIRMA
-
Ailəsi roluna etiraz etdi, peşəkarlığının zirvəsini göstərdi
-
Əfsanəvi “Peking to Paris Motors Challenge” avtomobil yarışı yenidən Azərbaycandan keçir - FOTO
-
Varlanmağın yolları - Azərbaycanlı deputatdan məsləhətlər
-
Azərbaycanlı aktrisanı skuter vurdu, beyni silkələndi
-
Tramp: Mask bunu etsə, nəticələrini ödəməli olacaq
-
Pakistanda partlayış oldu: 6 ölü var
-
"Həyat yoldaşım qızımızın xəstəliyinə dözmədi"
-
Bu yolda sürət həddi endirildi