Alman mediasında ermənilərin ekoloji terrorundan bəhs edilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Almaniyada yaşayan azərbaycanlı tədqiqatçı Elnurə Civəzadə Almaniyanın heise.de saytında ermənilərin Qarabağda törətdiyi ekoloji terrorla bağlı məqalə ilə çıxış edib.
Milli.Az xəbər verir ki, bu barədə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. Onun sözlərinə görə, təqdiqatçı məqalədə 10 noyabr 2020-ci il tarixində Rusiyanın vasitəçiliyi ilə Dağlıq Qarabağda müharibənin sona çatması, təsir dairələri üzərində davam edən rəqabətlərə baxmayaraq, problemli bölgəyə rahat bir nəfəs gətirmək mənasını verə biləcəyini qeyd edib.
Məqalədə deyilir: "Ermənistanla Azərbaycan arasında iqtisadi əməkdaşlığa aparacaq yola çox var. Ancaq ətraf mühitə daha çox ziyanın vurulmasının qarşısının alınması artıq göz önündədir. Münaqişənin mediada təqdimatı ümumiyyətlə Azərbaycanla Ermənistan arasındakı tarixi və mədəni gərginlik sahələrinə yönəldilib.
27 ildir dondurulmuş münaqişənin, xüsusilə su idarəçiliyi və birbaşa münaqişə bölgəsindən kənarda olan enerji sənayesi üçün böyük nəticələri var. Azərbaycanda çoxsaylı su hövzələri Dağlıq Qarabağdan başlayır, Xəzər dənizindəki ovalıqların böyük hissəsi bu dağlardan gələn çayların suyundan asılıdır. Bununla birlikdə, Türkiyə ilə Azərbaycan arasında dənizə çıxışı olmayan Ermənistan, Dağlıq Qarabağın işğalı ilə həyati əhəmiyyətli içməli su ehtiyatlarına nəzarətdə saxlayırdı. Bu isə Azərbaycana su problemi yaradırdı".
Tədqiqatçı 23 oktyabrda Azərbaycan parlamentinin rəsmi qəzetinin müharibənin gedişatını bu sözlərlə şərh etməsinə diqqət çəkib:
"Su müharibəsi sona çatır. Bu onu göstərir ki, müharibə edən iki tərəf - Ermənistan və Azərbaycan arasında zorakılığın artması dinamikası, ən azı on illərdir davam edən dondurulmuş münaqişə nəticəsində Azərbaycanda ekoloji tarazlığın pisləşməsindən qaynaqlanır.
1990-1994-cü illərdəki ilk Qarabağ müharibəsindən sonra Azərbaycan Dağlıq Qarabağ və ətrafdakı 7 vilayət üzərində nəzarəti itirdi. Ermənilər əvvəlcə sonuncuya heç bir iddia irəli sürmədilər, əksinə onu bufer zonası kimi qəbul etdilər. Bu vilayətlərdən ikisi, Cəbrayıl və Zəngilan, Aras çayı boyunca uzanan Azərbaycanla İran sərhədindədir. Təsadüfi deyil ki, bu 132 km-lik sərhəddə Azərbaycanın nəzarətinin bərpası müharibənin əsas hədəflərindən biri idi".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gənc kişilər arasında erkən ölüm niyə çoxalıb? - (Video)
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - (Video)
-
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olublar - (Foto)
-
Səhiyyədə ən yüksək əlavə ödəniş alanlar kimlərdir? – Qanunvericilikdəki qərar
-
Leyla Əliyeva və Alyona Əliyeva Xınıslı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olublar - (Foto)
XƏBƏR LENTİ
-
Gənc kişilər arasında erkən ölüm niyə çoxalıb? - (Video)
-
Bit bazarından 3 manata aldığı çərçivə baha qiymətə çıxdı: Qızıl imiş
-
Üç bürc tələsməsə yeni həftədə pulu çox olacaq
-
“Əvvəl çox əsəbləşirdim, indi vecimə deyil” - Nüşabə Ələsgərli
-
Samsung telefonlarında müəmmalı mavi nöqtənin sirri
-
Mətbəx pulu ilə işə başladı: İndi 40-dan çox qadını işlə təmin edir - (Foto)
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - (Video)
-
63 yaşlı Aydan Şenerdən estetik etirafı: İllərə meydan oxumasının sirri - (Foto)
-
Sərnişinlər uçuşdan sonra niyə xəstələnirlər?
-
Yolda tapdığı qara daş həyatını dəyişdi: Fermer ev və maşın aldı
-
2027-ci il nə ilidir? - Şərq təqvimi açıqlandı
-
Türkiyədə holdinq sahibi həbs olundu
-
Balıq bazarıda bahalaşma var - (Video)
-
Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq
-
“Hörmüz tamamilə bağlıdır və nəzarətimizdədir” - Əli Abdullahi
-
Günün qoroskopu: Böyük məbləğdə nağd pul xərci proqnozlaşdırılır
-
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 6 il ötür
-
Mayk Tayson İstanbulda seriala çəkilir
-
Bakının bu ərazilərində ucuz mənzillər satılır - (Video)
-
Azərbaycan və UNESCO arasında əməkdaşlıq məsələləri müzakirə olunub - (Foto)
-
Anasını qətlə yetirən 22 yaşlı gəncə hökm oxundu
-
35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - (Video)
-
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
-
Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib





