Cəmiyyət

Şəhid olarkən “qızıma tez-tez baş çəkin” demişdi - Dünən 1 yaşı oldu - VİDEO

14 Dekabr 2020 11:12
Baxış: 1 480
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsində şəhid olan baş leytenant Zaur Hüseynovun yeganə övladı Zeynəbin ötən gün bir yaşı tamam olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, torpaqlarımızın azadlığı uğrunda döyüşən qəhrəmanımız son nəfəsində belə qızını düşünüb, öz döyüşçü dostlarına qızına tez-tez baş çəkmələrini, onu tək qoymamalarını tapşırıb.

Şəhid baş leytenant Zaur Hüseynov 44 günlük Vətən müharibəsində ön cəbhədə döyüşüb. O, Füzuli rayonunun Qaraxanbeyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdürrahmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzger kəndləri uğrunda döyüşlərdə qəhrəmanlıq göstərib, bu ərazilərin işğaldan azad edilməsində öndə gedən, bu kəndlərə bayrağımızı sancan hərbçilərimizdən olub.

O, silahdaşları ilə birlikdə erməni postunu mühasirəyə alarkən qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.