Cəmiyyət

Sərt karantində it gəzdirmək olar?

12 Dekabr 2020 14:58
Baxış: 1 172
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daxili İşlər Nazirliyi sərt karantin rejimi zamanı itlərin gəzdirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev qafqazinfo-ya açıqlamasında bildirib ki, sərt karantin rejimində vətəndaşların aldıqları icazə müddəti ərzində itlərini gəzdirməsinə icazə var:

"Ev heyvanlarından itlərin gəzdirilməsi üçün əlavə icazə almağa ehtiyac yoxdur. Ərzaq və dərman almaq, bank və poçt xidmətlərindən istifadə etmək üçün, habelə açıq havada vaxtın keçirilməsi ilə əlaqədar SMS vasitəsilə evdən çıxmaq icazəsi almış şəxslər üç saat müddətində həm də itlərini gəzdirə bilərlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.