Vətən müharibəsində qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, Zəfər paradına müdafiə nazirinin müavini, "Zəfər" ordenli general-leytenant Kərim Vəliyev komandanlıq edib.
Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlərin nümayiş olunub. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunub.
Zəfər paradından çəkilmiş görüntüləri təqdim edirik:
Milli.Az
Fotolar Zaur Mustafayevə məxsusdur.