Cəmiyyət

Azərbaycan ordusu Qələbə Paradına hazırlaşır - yeni kadrlar - VİDEO

6 Dekabr 2020 21:54
Baxış: 4 463
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə ilə əlaqədar dekabrın 10-da keçiriləcək hərbi parada hazırlıq işləri sürətlə davam edir.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, yürüş edən hərbçilərin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Xatırladaq ki, Azadlıq meydanında keçiriləcək hərbi paradda 3000-dən çox şəxsi heyət, yaxın vaxtlarda istifadəsinə başlanılan müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri və hərbi gəmilər və qayıqlar iştirak edəcək.

Paradda Azərbaycan Ordusu tərəfindən qənimət kimi götürülən düşmənin hərbi texnikasının bir hissəsi də nümayiş olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.