Cəmiyyət

Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin sayı azalıb

3 Dekabr 2020 18:00
Baxış: 1 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ilin noyabrında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı müraciətləri əvvəlki ayla müqayisədə 26,7 faiz azalaraq 414-ə bərabər olub.

Milli.Az bu barədə Xüsusi Dövlət Mühafizə Xidməti yanında Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinə (CERT) istinadən məlumat verir.

Məlumata əsasən, noyabr ayında Mərkəzə daxil olan müraciətlərin 98,3 faizinə baxılıb. Bundan başqa, ötən ay dövlət orqanları tərəfindən 5 domen və 17 subdomen qeydiyyata alınıb.

Mərkəz tərəfindən informasiya təhlükəsizliyi ilə bağlı 26 audit keçirilib və hesabatlar müvafiq orqanlara təqdim edilib.

Qeyd edək ki, 2020-ci ilin yanvar-noyabr aylarında kompüter təhlükəsizliyi ilə bağlı 4 710 insident qeydə alınıb. Həmin müddət ərzində müraciətlərin 97,3 faizinə baxılıb və cavab verilib. Dövlət strukturlarına 292 hesabat təqdim edilib. Dövlət orqanları tərəfindən 44 domen və 136 subdomen qeydiyyata alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.