Bu küçələrdə avtobus zolaqları çəkilir - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Nəqliyyat Agentliyinin təklifi əsasında Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası daha 10 küçə və prospektdə xüsusi hərəkət zolaqlarının təşkil olunmasını təsdiq edib.
Bu barədə Milli.Az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.
O bildirib ki, Komissiyanın qərarına əsasən, M.K.Atatürk, Q.Qarayev, Gəncə, M.Üseynov prospektlərində, eləcədə A.M.Şərifzadə, M.Hadi, R. Behbudov, Ə.Rəcəbli, F.X.Xoyski və M.Həsənov küçələrində avtobus zolaqları təşkil olunacaq: "Seçilmiş küçə və prospektlərdə avtobusların hərəkət intensivliyi baxımından paytaxtın ictimai nəqliyyat dəhlizləri hesab olunur. Belə ki, sadalanan yollardan gün ərzində yüz minlərlə ictimai nəqliyyat istifadəçisi hərəkət edir. Zolqaların təşkilində əsas məqsəd, müntəzəm və ekspres xətlər üzrə avtobusların sərbəs hərəkətini təmin etməkdir ki, bu da mövcud pandemiya şəraitində xüsusi ilə əhəmiyyət kəsb edir. Xüsusi avtobus zolaqları sərnişinlərin rahatlığının təmin edilməsi, ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması, pandemiyadan sonra ictimai nəqliyyata inamın artması baxımından da zəruridir. Zolaqların təşkili avtobusların orta hərəkət sürətinin artmasına zəmin yaradır ki, bu da sərnişinlərin səyahət müddətinin azalmasına xidmət edir. Avtobusların zolaq üzrə tıxacda qalmadan, maneəsiz hərəkəti intervalın daha düzgün tənzimlənməsinə imkan verəcək".
M. Ağayev bildirib ki, bununla da srənişinlərin dayanacaqlarda toplu halında uzun müddətdə avtobus gözləməsi kimi hallar əhəmiyyətli dərəcədə azalaq. Bu faktor da mövcud pandemiya şəraitində vacib amildir: "İlk olaraq M.Üseynov prospektində zolağın təşkilinə başlanılıb. Artıq üfiqi nişanlanma xətləri çəkilib. Qarşıdakı günlərdə isə müvafiq yol nişanları qoyulacaq. Məlumat üçün bildirək ki, M.Üseynov prospektindən paytaxtın cənub yaşayış massivi ilə şəhər mərkəzini əlaqələndirən 6 müntəzəm marşrut xətti hərəkət edir. Axşam pik saatlarında Azneft dairəsi istiqamətində yolda müşahidə olunan nəqliyyat sıxlığı avtobusların hərkət qrafikinin 15-20 dəqiqə bəzən isə daha uzun müddətə gecikməsinə səbəb olur. Nəticədə Neftçilər prospekti boyunca, eləcəd İstiqlaliyyət 28 May metrosunun ətarfındakı dayanacaqlarda sərnişin sıxlıqları yaranır. Zolağın təşkili ilə isə pik saatlarda və yolda hərəkət məhdudiyyəti olduğu zaman avtobuslararası interval stabilləşəcək, orta hərəkət sürəti 6 km/saatdan 25 km/saata qədər artacaq, sərnişinlərin səfər müddəti isə 20 dəqiqədən 4-dəqiqəyədək azalacaq".
Qeyd edək ki, yol hərəkəti haqqında qanuna əsasən, xüsusi hərəkət zolağı boyunca yalnız həmin küçədən küçən müntəzəm xətt avtobusları və operativ nəqliyyat vasitələri hərəkət edə bilər. Digər avtomobillərin isə zolaq boyunca hərəkəti qadağandır. Bu qaydaların pozulması inzibati məsuliyyət yaradır və 40 azn cərimə sanksiyası tətbiq olunur.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bəzi məhsulların əkininə subsidiya limiti qoyulacaq
-
34 il sonra Xocalıya qayıtdı - Çingiz Mustafayevin kadrlarında olan Ləfxanım - (Video)
-
Bütün müavinət və sosial yardımlar bu tarixdə ödəniləcək
-
İş axtaranlara mühüm xəbər - Bu şəhər və rayonlarda minlərlə yeni vakansiya açılacaq
-
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün mərkəzi ziyarət edib - (Video/Foto)
-
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - (Foto)
XƏBƏR LENTİ
-
Naomi Kempbell Bakıda - (Video)
-
Ronaldu karyerasını bitirəcəyi tarixdən danışdı
-
Bəzi məhsulların əkininə subsidiya limiti qoyulacaq
-
34 il sonra Xocalıya qayıtdı - Çingiz Mustafayevin kadrlarında olan Ləfxanım - (Video)
-
"Formula-2": Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatdı - Yenilənib
-
Süni intellekt ilk dəfə dövlət sisteminə hücum etdi - Avstraliyada araşdırma başladıldı
-
Bütün müavinət və sosial yardımlar bu tarixdə ödəniləcək
-
Polis bir gündə 48 cinayəti açdı - 124 nəfər saxlanıldı
-
Formula 2 Azərbaycan Qran-Prisində 2 pilot mübarizəni yarımçıq dayandırıb - (Foto)
-
İş axtaranlara mühüm xəbər - Bu şəhər və rayonlarda minlərlə yeni vakansiya açılacaq
-
Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutdu - (Foto)
-
UEFA Millətlər Liqasında ilk gün: 8 matç keçiriləcək
-
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün mərkəzi ziyarət edib - (Video/Foto)
-
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - (Foto)
-
Hande Erçel CeyLo ilə - (Foto)
-
Metroda iş saatı uzadılır
-
Alyona Əliyeva 3 nömrəli xüsusi təhsil müəssisəsini ziyarət edib - (Video/Foto)
-
Nüsrətin restoranındakı yarıçılpaq görüntüsü müzakirə yaratdı- (Video)
-
Azərbaycan nefti 121 dolları keçdi
-
IV Bakı Təhlükəsizlik Forumu keçirilib - (Yenilənib/Foto)
-
Bu şəxslərin maaşı və pensiyası artırılır
-
Nuri Əhmədov vəfat etdi
-
2027-ci ildə pensiyalar nə qədər artacaq?
-
Neftin qiyməti ucuzlaşdı





