Mətbuat Şurası Fransanın kütləvi informasiya vasitələrinə müraciət edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Mətbuat Şurası Fransanın kütləvi informasiya vasitələrinə müraciət edib.
Şuradan Milli.Az-a daxil olan müracətdə deyilir: "Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələri, dövlət və hökumət qurumları, qeyri-hökumət təşkilatları kimi, ölkəmizin media ictimaiyyətinin nümayəndələri, müstəqil jurnalistləri də Fransa Senatının "Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair" 145 nömrəli qətnaməsindən narahatlıq keçirdiklərini və təəssüfləndiklərini bildirir.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prosesləri daim diqqət mərkəzində saxlayan Azərbaycan jurnalistləri hesab edirlər ki, belə bir sənədin qəbulu nəinki ölkəmizin beynəlxalq səviyyədə, o cümlədən Fransa dövləti tərəfindən tanınmış ərazi bütövlüyünün nəzərə alınmamasına, habelə münaqişənin ədalətli həllinə maneçilik törətməyə hesablanmış hərəkətdir. Qətnamə eyni zamanda bölgədə davamlı sülhün, sabitliyin və əminamanlığın, Azərbaycan və erməni xalqlarının eyni coğrafiyada dinc şəraitdə yaşamalarına yol verməməyi hədəf seçən, gələcəkdə təxribatlar üçün zəmin yaradan məsuliyyətsiz davranışdır.
Aydındır ki, sözügedən sənəd Fransa Senatında təmsil olunan ermənipərəst çoxluğun lobbiçiliyinin məhsuludur. Erməni lobbi və diaspor təşkilatları Fransanın ən müxtəlif dairələrində kifayət qədər aktiv təmsil olunurlar. Vəziyyətin obyektiv səbəblərinin olması reallığını, müəyyən tarixə, keçilmiş yola əsaslandığını qəbul edirik. Ancaq hesab edirik ki, bu, hadisə və proseslərə baxışda aşkar qeyri-obyektivliyə, ədalətsizliyə, heç bir ölçüyə sığmayan yanaşmaya gətirib çıxarmamalıdır. Mediamız məlum qətnamənin qəbulu ilə Azərbaycana münasibətdə məhz bu ayrıseçkiliyi görür.
Təəssüf ki, Fransanın kütləvi informasiya vasitələrinin bir çoxunun da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri söyləmədiklərinə, yalanları yaydıqlarına dair kifayət qədər əsaslar var. Biz münaqişəsi bölgəsindən obyektiv reportaj hazırlayan "TF1" telekanalının əməkdaşı Liseron Budulun erməni lobbisinin təmsilçiləri tərəfindən təzyiqə, hədə-qorxuya, aşağılayıcı rəftara məruz qalmasına Fransanın media ictimaiyyətinin, ümumən vətəndaş cəmiyyəti institutlarının böyük ölçüdə susqunluq nümayiş etdirdiklərini görmüşük. Jurnalistikaya təzyiq kimi ikrah doğuracaq davranışı həyata keçirənlərin Fransanın tarixi şəxsiyyətlərinin, mütəfəkkirlərinin baxışlarının təntənəsi kimi meydana çıxan demokratizmi, bəşəri prinsipləri təhdid etmə "cəsarətindən" hiddətlənmişik. Bir qrup erməninin qədim tarixə, ənənəyə malik ölkənin yaşatdığı dəyərləri asanlıqla, hər hansı hədd bilmədən heçə sayması həqiqətən çox üzücüdür. Bilmənizi istərdik ki, üzüntümüz, təəccübümüz və təəssüfümüz Fransa Senatının məlum qətnaməsi ilə daha da artdı.
Biz, ölkəmizin tanınmış media orqanlarını sıralarında birləşdirən Azərbaycan Mətbuat Şurasına üzv kütləvi informasiya vasitələri, ümumilikdə Azərbaycan jurnalistləri Fransa mediasını Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalət nümayişinə çağırırıq.
Biz, Azərbaycan jurnalistləri bütün dünyada mütərəqqi ictimai təsisat kimi qəbul edilən jurnalistikanın bəşəri dəyər və prinsiplər naminə səfərbərlik missiyasına inanırıq. Arzu edərdik ki, eyni səfərbərliyi Fransa mediası Dağlıq Qarabağ həqiqətlərinə münasibətdə də həyata keçirsin. Sizləri əmin edirik ki, bu, dünyada mürəkkəb bölgə kimi qəbul edilən Cənubi Qafqaz regionunda yaşayan insanların gələcək taleyi baxımından olduqca vacibdir. Siyasilərin avantürist baxışlarının bəşəri dəyər və prinsipləri təhdid etməsinə, etnik separatizmi alovlandırmasına meydan verməyin! Nəzərə alın ki, Fransa da Azərbaycan kimi ən müxtəlif dindən də dildən olan insanların birgə yaşadıqları ölkədir və heç bir fransalı istəməz ki, onun Vətəni bölünsün! Heç bir azərbaycanlı, çoxmillətli Azərbaycan xalqının heç bir nümayəndəsi də bunu istəmir!
Biz bu bölgədəki həqiqətlərin öyrənilməsi, ictimai maraqların, xalqların mənafelərinin qorunması ilə bağlı təsəvvürlərinizin genişlənməsi üçün sizinlə hər cür əməkdaşlığa, fikir mübadiləsinə, açıq müzakirələrin aparılmasına hazırıq. Belə bir istək və məramı ifadə etmənizdən yalnız məmnun ola bilər, köməyimizi əsirgəmərik.
Nəhayət, biz sizlərin Fransa Senatının Dağlıq Qarabağla bağlı çıxardığı ədalətsiz qəntaməsinə ictimai reaksiyanın formalaşması üçün dəstək göstərmənizdən məmnun olardıq. Bunun haqqa, ilahi ədalətə əsaslanan mövqe olduğuna inanırıq. İstərdik ki, siz də inanasınız. Bu mövqe eyni zamanda Fransa və Azərbaycan xalqları arasındakı dostluq və əməkdaşlığın qorunmasına və inkişaf etdirilməsinə yönələn mövqedir. Bunu da nəzərə almağınızı xahiş edir, hər birinizə uğurlar, möhkəm cansağlığı arzulayırıq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
XƏBƏR LENTİ
-
Rusiya hələ də Türkiyədən cavab gözləyir
-
Coli boşandıqdan sonra ilk dəfə yeni eşqə "yelkən açır"
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
-
Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş rejimdə işləyəcək
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Terim Osimhen, İkardi və Leao görün nə düşünür
-
Tanınmış rus aktrisa 46 yaşında öldü
-
Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - (Foto)
-
35 yaşlı qadın avtobusa "ərə getdi" - (Foto)
-
Bakıda binada güclü yanğın söndürüldü - Yenilənib - Foto
-
DGK rəisi Fərid Usubovun yerinə onu təyin etdi
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
67 yaşlı kişi bıçaqlandı - Şübhəli arvadıdır
-
Türküstanda pişik maşını beton hasara çırpdı - (Video)
-
Qarabağda son döyüş: DİN-nin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır - (Video)
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Tacikistan oyunu öncəsi suallar: Niyə bu futbolçulara şans verilmədi?
-
Keçmiş baş nazir küçədə broşür payladı
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb
-
“Erməni separatçılarının “arzusu”nu dəfn edən gün” — Leyla Tariverdiyevanın “AKTUAL” yazısı
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - (Foto)
-
"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı - (Foto)
-
Qarabağda son nöqtə: 23 saatlıq əməliyyatın tarixi əhəmiyyəti





