Cəmiyyət

"Dövlət səviyyəsində antibiotiklərin reseptsiz satışına sərt nəzarət olmalıdır" - Səhiyyə Nazirliyi

24 Noyabr 2020 11:34
Baxış: 1 422
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün antibiotiklər reseptlə buraxılan dərmanlar sırasındadır, bu məsələ qanunvericilikdə tənzimlənir. Əfsuslar olsun ki, bu tənzimlənmə kağız üzərində qalır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya-epidemioloji nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu gün apteklərdə hər kəs istənilən antibiotiki ala bilər: "Bu dərmanlar açıq satışda var, buna nəzarət yoxdur. Bu, bizim problemimiz idi. COVİD dönəmində bu problem daha da artdı. Bu qanunvericiliyin yerlərdə işləməsi istiqamətində işlər gücləndirilməli, ona nəzarət artırılmalıdır. Dövlət səviyyəsində bu məsələyə sərt nəzarət olmalıdır. Bunu mütləq etməliyik. Yoxsa COVİD-dən sonra ağır fəsadlarla üzləşəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.