Cəmiyyət

Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı açıqlanıb

23 Noyabr 2020 20:04
Baxış: 1 072
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

2020-ci ilin yanvar- oktyabr aylarında Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı azalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 297,9 milyon manatlıq məhsul istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 64,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 50,3 faiz, maşın və avadanlıqların istehsalı 41,4 faiz artmışdır. Yanvar-oktyabr aylarında 1497 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 383 ədəd az minik avtomobili istehsal olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.