Ağdamlı incəsənət xadimi: Bu günə kimi özümü bu qədər xoşbəxt hiss etməmişəm
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlər baş verən hadisələri mən Azərbaycanın ikinci yaranışı kimi qeyd etmək istərdim.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycanın Əməkdar incəsənət xadimi Müşviq Hətəmov bildirib. Onun sözlərinə görə, ermənilər tək Azərbaycanın torpaqlarını deyil, o cümlədən orada olan mədəni dəyərlərimizi də işğal etmişdi: "Bu hadisələrdən biz böyük bir sartsıntı keçirmişdik. Bizim bu qələbəmiz xalqımızın birliyini geri qaytardı. Ona görə də, əldə etdiyimiz bu qalibiyyəti mən Azərbaycan xalqının ikinci yaranışı kimi dəyərləndirərdim".
M.Hətəmov qeyd edib ki, işlər bununla bitmir, Azərbaycan xalqı bundan sonra da çalışmalıdır və ona aid olanı bütün dünyaya göstərməlidir:
"Hər kəs bilir ki, erməni öz terrorunu dünyaya başqa cür təqdim edir. Erməni lobbisi bunun üçün daim çalışır və ona aid olmayanı dünyada özününkü kimi təqdim edir. Ona görə də, bunun qarşısını almaq üçün biz əlimizdən gələni etməliyik, bizə aid olanı dünyaya tanıtmalıyıq, ən azından bunun üçün qısa bir filmlər çəkilməlidir. Torpaqlarımızın qorunması üçün, tək hərbçilərimiz deyil, o cümlədən incəsənət və mədəniyyət xadimləri də bu istiqamətdə işlər görməlidir".
Əməkdar incəsənət xadimi əlavə edib ki, o Ağdamın Güllücə kəndində anadan olub və bu gün işğaldan azad olunan rayonun tezliklə əvvəlki vəziyyətinə qayıtmasını istəyir:
"Bu günə kimi özümü bu qədər xoşbəxt hiss etməmişəm. Ağdamın hər bir yerində bizim tarix və mədəniyyətimiz var. Bunlar bir tək Ağdamda deyil, digər işğaldan azad olunmuş ərazilərimizdə də var. Bunların geri qaytarılması üçün döyüşlər oldu, itkilər verdik, qəhrəman oğullarımız şəhid oldu. Bu, bizim üçün ağırdır, ancaq onların bizə bəxş etdiyi bu qələbə çox böyük xoşbəxtlikdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
XƏBƏR LENTİ
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib





