Cəmiyyət

Azərbaycanda COVİD-19-dan ölüm səviyyəsi kifayət qədər aşağıdır - Baş infeksionist

19 Noyabr 2020 10:11
Baxış: 1 183
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda COVİD-19 virusundan orta ölüm səviyyəsi kifayət qədər aşağıdır.

Milli.Az bildirir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Baş infeksionist bildirib ki, qonşu ölkələrlə müqayisədə Azərbaycanda əhalinin sayına görə yoluxma göstəricisi daha aşağıdır:

"Təbii ki, bu, müsbət haldır. Bu, dövlətimizin pandemiya ilə daha effektiv mübarizə apardığını sübut edir".

Qeyd edək ki, Azərbaycanda indiyədək COVİD-19 virusundan 1030 nəfər ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.