“Canavar” ləqəbli şəhid polkovnik-leytenantın ailəsindən REPORTAJ - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sizə də tanıdacağımız daha bir şəhidimizin həyatı ilə tanış olduqca 37 illik ömrünə nələri sığışdırdığını, təkcə ailəsinə deyil, tabeliyində olan əsgərlərə də az qala, ata qayğısı göstərdiyini öyrənirik. Söhbət Vətənimizin bütövlüyü yolunda, sözün həqiqi mənasında, canını qoyanlardan biri - "Canavar" ləqəbli polkovnik-leytenant Rəşad Quliyevdən gedir.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhidin anası Mətanət Quliyeva deyir ki, Rəşadın hərbçi olması həyatdan vaxtsız köçən atasının vəsiyyəti olub. Bu səbəbdən də oğlunu özü əli ilə Cəmşid Naxçıvanski adına hərbi litseyə gətirib. Hərb sənətinə sevgisi o qədər güclü olub ki, qəbul imtahanında yüksək nəticə göstərən Rəşadı ikinci kursa götürüblər. Ali Hərbi Akademiyanı başa vurandan sonra isə bütün ömrü cəbhə bölgələrində keçib. İkinci Qarabağ müharibəsinə qədər 2016-cı il Aprel döyüşlərində də iştirak edib, Lələtəpə uğrunda döyüşüb.
Ölüm xəbərini isə ailəsi oktyabrın 7-də alıb. Oğlunun arzularını şəhid anasına son günlərində yanında olan döyüş dostları çatdırıblar.
Arzusu Qarabağ uğrunda döyüşlərdə iştirak etmək olan qəhrəmanımız canından, qanından artıq sevdiyi bayrağına bükülərək ölmək istəyibmiş...
Ana M. Quliyeva danışır ki, Nəcəf adlı qonşuları oğlunun əsgəri olub: "Bu ərəfədə Ağcabədiyə yanına getmişdi. Ona deyib ki, gedib hazırlaşsınlar, məhəlləyə ya qəhrəman, ya da şəhid olaraq gələcək. Cəbhə yoldaşlarına isə bildirib ki, "Heyif deyil bayrağa bürünüb gəlmək?..."
Onlara bayramlarda "premiya" verirdilər, amma heç vaxt özünə xərcləməzdi, əsgərləri cərgəyə düzüb kimin əlcəyi, siqareti, buşlatı - çatışmayan nəyi vardısa, onu alardı. Əsgərlərini ata kimi qoruyardı...Polad Həşimovla yaxın münasibəti var idi, ona "Paşam" deyirdi. Poladın ölümü Rəşada çox pis təsir eləmişdi. Bir də arzusu vardı - Polad Həşimovun məzarına gül qoymaq istəyirdi. Özü də Poladın yanında dəfn olundu..."
Albomlarını vərəqləyirik, saysız-hesabsız diplomlarına, fəxri fərmanlarına baxırıq. Bizə fotodan məğrur, yenilməz qəhrəman baxışlarıyla baxır Rəşad Quliyev. Anası deyir ki, elə qorxu bilməzliyinə, tez-tez düşmən postlarına kəşfiyyata getdiyinə görə ona "Canavar" ləqəbini vermişdilər:
"Əvvəllər kapitan idi, mayor rütbəsini ona kəşfiyyata gedib-gələndən sonra gətirdiyi qiymətli məlumatlara görə vermişdilər. Bir dəfə də işğal altında olan Gülüstan kəndinə kəşfiyyata gedəndə bir evin divarında ürək çəkmişdi, içərisində isə özünün və mənim adımı yazmışdı. Sonra şəklini çəkib mənə göstərmişdi. Onu heç nə qorxutmazdı, kəşfiyyata gedəndə də papağını qoyub gələrdi ki, xəbərləri olsun buralarda bizim hərbçimizin olduğundan".
Yaxınları bildirir ki, Rəşad Cəbrayıla girəndə torpağın qoxusunu doya-doya sinəsinə çəkib. Cəbrayıldan Qubadlıya gedən yolda yüksəkliklər uğrunda döyüşdə həlak olub. Mərmi atıldığını görəndə də özündən əvvəl əsgərlərini düşünüb. Onlara "dağıl!" komandası verib. Lakin minomyot mərmisi onun yaxınlığında partlayıb, ayağından yaralanaraq həlak olub.
Şəhidin bacısı Nərmin Məmmədova da qardaşı ilə bağlı xatirələrini dilə gətirib: "Rəşad hərbidə də, ailəsində də həmişə öz hörmətini qazanıb. Birgünlük də gəlsə, hamımızı görməmiş getməzdi. Bir dəfə oğlumun kiçik toyu idi, Murovdan ora videozənglə qoşulmuşdu. Mən hələ də elə hiss edirəm ki, qardaşım yanımdadır. Ən çox istədiyi şey Milli Qəhrəman olmaq idi. İstəyirdi ki, ona dəyər verilsin".
Yaraları təzə və dərin olsa da, şəhid yaxını olmanın nə qədər şərəfli olduğunu Quliyevlər ailəsi də yaxşı anlayır. Təkcə hələ dünyadan bixəbər olan 6 yaşlı İnci və 7 yaşlı Dəryadan başqa... Atalarının yoxluğunun acısını hiss etsələr də, hələ baş verənləri tam olaraq dərk edə bilmirdilər. Amma həmin qızcığazların üzlərindəki qürur bunu anladıqca artacaq, buna əminəm.
Şəhidimizin doğulub boya-başa çatdığı Zığ qəsəbəsindəki mənzilindən çıxıb, həyətin bir tərəfində salınmış kiçik park və bulaq abidəsinə gəlirik. Sakinlərdən öyrənirik ki, onu qəhrəmanımızın dostları, qonşuları, hərbçi yoldaşları xatirəsini əbədiləşdirmək üçün düzəldiblər. Amma təbii ki, ən böyük abidə qəhrəmanımızın vətəndaşların ürəklərində qurduğu abidələrdir...
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib - (Video)
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
-
"Turan Tovuz" - "Fənərbaxça" oyununda dava düşdü, matç yarımçıq qaldı - (Video)
-
Bakıda aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı - Yenilənib - (Video)





