Kəlbəcərdəki Xudavəng monastırı ilə bağlı bütün izlər bu abidənin ermənilərə aid olmadığını göstərir - Tarixçi alim
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənilərin onlara aid olduğunu iddia etdikləri Kəlbəcər rayonundakı Xudavəng monastrı ilə bağlı bütün izlər bu abidənin onlara məxsus olmadığını göstərir.
Milli.Az bildirir ki, bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.
Onun sözlərinə görə, Azərbaycan xalqının etnogenezində mühüm rol oynamış xristian albanlara məxsus Xudavəng monastrı üzərində ən böyük saxtakarlığı ermənilərin özləri ediblər:
"İlk növbədə, qeyd etmək lazımdır ki, burada hələ xristianlığaqədərki dövrdə də məbəd olub. Bunu 2007-ci ildə ermənilərin özlərinin monastr ərazisində apardığı qazıntılar zamanı aşkarlanan xüsusi oturacaqlarda oturmuş formada heykəllər də sübut edir. O zaman ermənilərin özləri də etiraf etmişdilər ki, bu cür heykəllər erməni xristianlığına xas deyil. Digər tərəfdən, kilsənin adını guya erməni dilində yüksəklik, təpə mənasını verən "xota" ilə əlaqələndirməklə ermənilər daha bir saxtakarlığa yol veriblər. Əslində, ad bu gün də dilimizdə olduğu kimi Xuda-vəngdir. Xuda/Quday isə xristanlığa qədərki dövrdə Turan və İran arealında "tanrı, yaradıcı" mənasında işlədilib".
E.Kəlbizadə əlavə edib ki, XIII əsrdə monastrın ən böyük tikilisini inşa etdirən hökmdar xanımının adının Arzu-xatun, atasının adının isə kitabədə Qurd olaraq qeyd olunması da təsadüf sayılmamalıdır.
Onun sözlərinə görə, ermənilər 2004-cü ildən etibarən erməni əsilli Amerikan biznes-ledisi Adel Hovnaniyanın vəsaiti hesabına bu məbəddə də saxtalaşdırma işlərinə başlayışlar. Bərpa işlərində Tehran ermənisi olan Edik Abramyan da fəal iştirak edib:
"Bu günlərdə yayılan videolarda gördüyümüz ermənilərin daşıyaraq apardıqları kilsə zəngi də 2005-ci ildə asılıb və o, heç bir tarixi mahiyyət daşımır. O dövrdə saxtalaşdırma işlərini həyata keçirən ermənilər 2017-ci ildə guya buradakı "qədim" - əslində isə ermənilər tərəfindən bir müddət öncə basdırılmış tapıntıları aşkarlamaq və hansısa yazıları bərpa etmək üçün italiyadan mütəxəssislər dəvət etmişlər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İmtahanda başqasını əvəz etməyə çalışan şəxs ifşa olundu
-
Bağçalara elektron qəbula başlanılır
-
Qızıl almaq istəyənlərin diqqətinə!
-
Bakının 4 rayonunda su kəsintisi olacaq
-
FHN avtomobillərini binaların həyətində nizamsız park edənlərə müraciət etdi
-
İyulun 12-də qəbul imtahanı verəcək abituriyentlərin nəzərinə!
XƏBƏR LENTİ
-
Ləman Ələşrəfqızının oğurlanan pulları qaytarıldı
-
Çayda batan Muradın (Fotosu)
-
Dəməşqdə partlayışda 6 nəfər ölüb, 22 nəfər yaralanıb
-
İspaniya - Avstriya: Heyətlər
-
İlham Namiq Kamalın oğlu məzun oldu - (Foto)
-
Sotu bir milyon manat: Bakıda ən bahalı torpaq sahələrinin yerləşdiyi ərazilər
-
Sülh ölkələr və insanlar arasında körpülər qurmaqla mümkündür - Ursula fon der Lyayen (Video)
-
Mələkxanım Eyubovadan həyat yoldaşı ilə bağlı etiraf
-
Atom salat resepti
-
Natiq Şirinov 35 min təzminat alacaq - (Foto)
-
Keçmiş gözəllik kraliçası və sevgilisinin cəsədi Venesuelada dağıntılar altında tapılıb - (Foto)
-
Fərid Namazov baş məşqçi təyin edildi
-
Dünyanın ən güclü 10 pasportu
-
Ermənistanda 2,4 ballıq zəlzələ olub
-
Qazaxda çayda batan yeniyetməni xilas etmək mümkün olmayıb - Yenilənib
-
Paşinyan Koçaryan barədə: Hamısı həbs olunacaq
-
Fəxri İsmayılova yüksək vəzifə verildi
-
Zelenski: Rusiya mütləq cavab alacaq
-
Makretskis Türkiyə klubunu yox, “Qarabağ”ı seçdi
-
Xameneinin dəfnində Azərbaycandan iştirak edəcək rəsmilər açıqlandı
-
"Müctəba Xamenei atasının dəfnində iştirak etməyəcək"
-
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
-
Güclü geomaqnit qasırğası olacaq
-
Sabunçuda ağır qəza - ölən və yaralanan var





