Cəmiyyət

Tarixi 17-ci əsrə dayanan qorxunc xəstəlik - Dəridən sallanan rəngli liflərin sirri - FOTO

25 Oktyabr 2020 16:34
Baxış: 1 621

Dünyada bir çox fərqli xəstəliklər var, lakin bunlardan bəziləri son dərəcə nadir növlərdəndir.

Dəridə qara, mavi və qırmızı liflərə səbəb olan sirli xəstəlik Morqellon nədir?

Milyonlarla bakteriya və mikrob növü var. Bu bakteriya və mikrob növlərindən bəziləri müxtəlif xəstəliklərə səbəb ola bilir. Ancaq kainatda son dərəcə nadir görülən bəzi xəstəliklər mövcuddur. Morqellon xəstəliyi və ya Morqellon sindromu da nadir rast gəlinən xəstəliklər arasındadır. Dəridə qaşınma və yanma ilə yanaşı lezyonların meydana gəlməsi ilə özünü göstərən bu xəstəlik son dərəcə təhlükəlidir. Bəs bu xəstəliyə səbəb olan nədir, müalicəsi və simptomları nələrdir?

Milli.Az musavat.com-a istinadən bildirir ki, sözügdən xəstəlik haqqında maraqlı faktları sizlərə təqdim edir:

Morqellon xəstəliyi, bir növ dəri xəstəliyidir. Bu xəstəliyin hansı səbəbdən yaranması dəqiq bilinmir. Xəstəliyi sirli edən, bu xəstəliyə sahib olan insanların dərisindən qara, mavi və ya qırmızı liflərin sallanmasıdır.

Bu xəstəliyin tarixi 17-ci əsrə aiddir. Lakin 2002-ci ilə qədər kimsədə belə bir xəstəlik görünməyib. Morqellon adlanan bu xəstəlik 2002-ci ildə yenidən ortaya çıxıb.

Xəstəliyə yoluxan şəxsin dərisindən liflər sallanır.  Bu liflərin quruluşu 20 ilə yaxındır ki araşdırılır, lakin heç bir nəticə əldə edilməyib.

Bu xəstəliyə indiyədək 14 min insan yoluxub.

Bəs morqellon sindromunun əlamətləri nələrdir?

Morqellon xəstəliyinin simptomları "Lyme" xəstəliyinə bənzəyir. Buna görə də bəzən qarışdırıla bilər. Morqellonun ümumi simptomları arasında; bədəninizdə böcək gəzirmiş kimi hiss etmə, qaşınma hissi və əlbəttə ki, dəridən çıxan liflər yer alır.

Digər simptomlar isə aşağıdakılardır;

- Yorğunluq,

- Şiddətli qaşınma,

- Sümük ağrıları,

- Qısa müddətli yaddaş itkisi,

- Adaptasiya pozğunluğu

- Depressiya,

- Yuxusuzluq,

Morqellon xəstəliyi daha çox kimlərdə rast gəlinir?

Morqellons Tədqiqat Fonduna görə bu günə qədər 14 mindən çox insan morqellondan əziyyət çəkib. Xəstəliklərə Nəzarət və Qarşısının Alınma Mərkəzləri (CDC) 2012-ci ildə apardıqları araşdırma nəticəsində 100 min insanın 3,65 faizinin bu xəstəliyə tutulmasını aşkar edib.

Morqellonun ən çox ağdərili və ortayaşlı qadınlarda olduğu öyrənilib. Başqa bir araşdırmada isə bəzi insanların morqellona tutulma ehtimalının daha yüksək olduğu üzə çıxıb.

2013-cü ildən bəri aparılan tədqiqatların əksəriyyəti morqellonun bir gənə ilə yayıldığını göstərir. Ancaq xəstəliyin digər  yayılma  səbəbini tapmaq üçün araşdırmalar davam edir.

Morqellon necə müalicə olunur?

Morqellonun müalicəsi üçün hələ ki uyğun bir tibbi müalicə yoxdur, ancaq həkimlər problemə səbəb olan ümumi bir müalicə təyin edə bilərlər. Morqellonun yaranmasına infeksiyanın səbəb olduğunu düşünən həkimlər antibiotik terapiyasından istifadə edirlər. Bu müalicə bakteriyaları məhv edə və dəri yaralarını sağalda bilər. Əgər morqellon ilə yanaşı narahatlıq, stress və ya digər zehni problemlər yaşanarsa psixiatrik dərmanlar və ya psixoterapiya ilə müalicə olunur.

Morqellon haqqında həkimlərin fikirləri müxtəlifdir.

Morqellon xəstəliyi niyə mübahisəli bir mövzudur? Tibb dünyasının bu mövzuda fikri necədir?

Morqellon tibb dünyasında mübahisəli bir mövzudur. Çünki kifayət qədər anlaşılan bir xəstəlik deyil. Bu xəstəliklə bağlı tədqiqatlar məhduddur və mənbələr azdır. Morqellon hələ tam olaraq xəstəlik kimi qəbul edilməyib və ümumiyyətlə, bir psixoloji xəstəlik olduğu hesab edilir. Son araşdırmalar morqellonun həqiqi bir xəstəlik olduğunu göstərsə də, bir çox həkimlər hələ də antipsixotik dərmanlarla müalicə edilməli olan bir zehni sağlamlıq problemi olduğunu düşünürlər.

Morqellon xəstəliyinin ən çox görülən simptomu olan dəridən asılan liflər də mübahisəlidir. Morqellonu psixiatrik bir xəstəlik hesab edənlər, liflərin geyimdən yarandığına inanırlar. Morqellonu infeksiya hesab edənlər isə liflərin insan hüceyrələrindən əmələ gəldiyini düşünürlər.

17-ci əsrdə bir qrup uşağın kürəyindənçıxan liflər təsvir edilib və "morqellon" adlandırılıb. Bununla birlikdə 1938-ci ildə dəridə böcəklərin gəzinmə hissinə "delusional parazitoz" deyildi.

Partlayan dərinin lifi vəziyyəti 2002-ci ildə yenidən ortaya çıxdı. Bu dəfə dəri üzərində qaşınma və sürtünmə hissi ilə əlaqələndirildi. Əvvəlki görünüşü ilə bənzərliyinə görə, morqellon xəstəliyi adlandırıldı.

Çox güman ki, internetdə axtarış apardıqdan sonra 2006-cı ildə xeyli adam özünə morqellon diaqnozu qoydu. Bununla da həmin ilin statistikasında xəstəliyə yoluxanların xeyli artdığı göstərilir. Eyni zamanda həmin ərəfədə ciddi tədqiqatlar da aparılır və 2012-ci ildə açıqlanan nəticə, bir çox həkimlərin morqellonun əslində "delusional parazitoz" olduğuna inamını gücləndirdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.