Cəmiyyət

Oktyabr ayı üzrə müavinət, təqaüd və kompensasiyalar ödənilib

24 Oktyabr 2020 13:30
Baxış: 1 087

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib.

Fonddan Milli.Az-a verilən məlumata görə, müavinət, təqaüd və kompensasiyalar müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

Vətəndaşlar hesablarına köçürülmüş vəsaiti Kapital Bankdan onlara verilmiş bank kartları vasitəsilə həmin bankın bankomatlarından əldə edə bilərlər.

Yaxın günlərdə isə oktyabr ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.