Cəmiyyət

Sığorta stajı amnistiyasından 25 minə yaxın şəxs faydalanıb

20 Oktyabr 2020 16:17
Baxış: 767
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən ildən tətbiq olunan sığorta stajı amnistiyasından 25 minə yaxın şəxs faydalanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatmış şəxslərlə bağlı tətbiq olunan sığorta stajı amnistiyasından ötən dövrdə 25 minə yaxın şəxs faydalanıb.

Onlardan böyük hissəsi sığorta stajı amnistiyası nəticəsində pensiya hüququ əldə edib və pensiya təminatı sisteminə daxil olub. Digər qisminin isə pensiyaları ciddi şəkildə artıb.

Yaşlı əhaliyə humanist yanaşmanın nəticəsi olan bu islahat çərçivəsində əmək pensiyası yaşına çatmış və fərdi hesabında ən kiçik məbləğdə pensiya kapitalı qeydə alınan şəxslərə 2006-cı ilin yanvarın 1-dək 25 il sosial sığorta stajı hədiyyə edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.